Ermənistanda, aprel döyüşlərində ölənlərin qəbirləri üzərində "qəribə hərəkətlər"

Bu gün, Qarabağ, Ermənistan, Azərbaycan

Şəklin mənbəyi, Getty Images

Aştarak şəhərində qəbiristanlıqda qəbir daşları üzərində "qəribə hərəkətlər edən" 51 yaşlı qadın aşkar edilib, Ermənistan polisinin mətbuat xidməti xəbər verir.

Qadın etiraf edib ki, məzar daşları üzərinə əridilmiş şam tökməklə "lənəti götürürmüş".

Qəbirlərin videosu sosial mediada yayılıb.

Qadın deyib ki, həmin tədbiri müxtəlif məzarlıqlarda, o cümlədən, "Qarabağ müharibəsi və 2016-cı il aprel müharibəsi qəhrəmanları dəfn edilmiş Yerablur (üç təpə) panteonunda" həyata keçirib.

Polis hadisənin təfərrüatları araşdırıldığı və faktla bağlı materiallar hazırlandığını bildirib.