Ermənistan paytaxtında şərab günləri festivalı
Video açılmırsa YouTube-dan izləyin.
Erməni şərabçılığına həsr olunmuş "Yerevan şərab günləri" festivalında Ermənistanda şərabçılıqla məşğul olan cəmi 25 şirkət iştirak edə bilib.
"Sadəcə ona görə ki, hamıya yer çatmır. Lakin biz bu il bir qədər genişlənmişik ki, gələnlər üçün rahat olsun və şərabçılarla təmas yarada bilsinlər", - tədbirin təşkilatçısı, "Eventtoura" şirkətin direktoru və həmtəsisçisi Meri Badalyan jurnalistlərə deyib.
BBC News Azərbaycancanın Yerevan müxbiri Aleksey Manvelyan bildirir ki, paytaxtın 3 mərkəzi küçəsində nəqliyyat hərəkəti müvəqqəti dayandırılıb, festival turistlərin də marağına səbəb olub.
Şərabçılardan başqa bir sıra kafe və restoranlar da "səyyar xidmət" təşkil ediblər.

Şəklin mənbəyi, BBC





