Qurban Qurbanov: "Məğlub olduq, amma..."

Qurban Qurbanov

Şəklin mənbəyi, TOFIQ BABAYEV/Qarabag FK

Şəklin alt yazısı, Qurban Qurbanov

Cümə axşamı Bakı Olimpiya Stadionunda oynayan "Qarabağ" futbol komandası İngiltərənin "Arsenal"ı ilə keçirdiyi görüşü uduzub. Avropa Liqasının qrup mərhələsinin II turunda yarışan komandalar arasında "Arsenal" 3:0 hesabı ilə qalib gəlib.

"Məğlub olduq. Amma bu gün çox yaxşı mübarizə apardıq. Əsas fikrimiz rəqibdən çəkinməmək idi", "Qarabağ"n baş məşqçisi Qurban Qurbanov yarışdan sonra deyib.

Baş məşqçi hesab edir ki, komanda rəqibdən çəkinməyib və əzmlə oynayıb: "Sadəcə, rəqib futbolçuların ustalığı bizi üstələdi".

Futbolçulara və azarkeşlərə təşəkkür edən Qurban Qurbanov oyunu belə qiymətləndirib: "Böyümək üçün belə məğlubiyyətlər lazım olur. Çoxsaylı qol epizodumuz olsa da, yararlana bilmədik. Bu oyun bizim üçüm böyük təcrübə oldu".

Ötən ilin avqustunda Danimarkanın København klubu ilə matçdan sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ" dünyanın güclü futbol komandaları: İngiltərənin "Chelsea", Madridin "Atletiko", İtaliyanın "Roma" klubları ilə rəqib olub.

Həmçinin bax:

Videonun alt yazısı, Peşəkar futbolçular yemək və məşq rejimlərində hansı qaydaları gözləyirlər?