"Azərbaycanla Ermənistan və Dağlıq Qarabağ hərbi rəhbərliyi arasında 'söz savaşı' artıb" - Riçard Giraqosyan

Richard Giragosian

Şəklin mənbəyi, Richard Giragosian

Yerevanda yerləşən Regional Araşdırmalar Mərkəzinin (RSC) direktoru Riçard Giraqosyan Rusiya xarici işlər naziri Sergey Lavrovun son günlər Ermənistanın yeni hakimiyyətinin keçmiş hökumət üzvlərini təqib etməsilə bağlı tənqidlərini şərh edib.

O, BBC News Azərbaycanca müxbiri Tural Əhmədzadənin suallarını cavablandırıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında Ermınistanda baş verən hadisələrdən narahat olduğunu bildirib. O deyib ki, Ermıənistanın yeni rəhbərliyi əvvəlki hökumət nümayəndələrini təqib etməyəcəyi sözünə əməl etmir.

Bu bəyanat Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı ittihamlarla cavabdır, yoxsa ümumən əvvəlki hökumət nümayəndələrinin hədəf alınmasına qarşı xəbərdarlıq? Niyə o, belə bəyanatla məhz indi çıxış edir?

Ermənistandakı "məxməri inqilabın" maraqlı tərəfi odur ki, etirazlar zamanı heç bir geosiyasi maraqlar rol oynamırdı.

Ermənistanın Rusiya ilə "strateji yaxınlığını" nəzərə alsaq bu, xüsusilə əhəmiyyətlidir.

Ermənsitandakı dəyişikliyin geniş beynəlxalq geosiyasi proseslərdən kənarda qalmasına baxmayaraq, kiçik ölkə olan Ermənistan Rusiyanın təsiri altındadır.

Bu isə o deməkdir ki, ölkə daxilində keçmiş elitaya qarşı baş verən hətta kiçik hadisə belə, Rusiyanın sərt reaksiyasına səbəb olur.

Lavrov həmçinin manevrlərə də yer saxlayaraq əlavə edib ki, "məsələlərin konstruktiv istiqamət alacağına" ümid edir. Rusiya bu bəyanatla Ermənistana necə təsir etmək istəyir?

Ermənistandakı rejim dəyişikliyi, Ukrayna və Gürcüstandan fərqli olaraq əhəmiyyətli strateji dəyişikliyi nəzərdə tutmur.

Baş verən etirazlar beynəlxalq deyil, yerli qüvvələrin təsiri ilə həyata keçirilsə də, geosiyasi reallığın Ermənistanın yeni rəhbərliyini təzyiq altında saxlayacağı şübhə doğurmurdu.

Bun kontekstdə də, keçmiş prezident Robert Koçaryanın həbsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin hədəf alınması Rusiyanın narahatlığına səbəb olub.

Moskvadakı bu narahatlığa səbəb isə Rusiyanın Ermənistandakı təsirinin azalması qorxusudur.

Ermənistanın keçmiş prezidenti, daha sonra isə baş naziri olan Serj Sarkisiyan gözlənilməz devrilməsindən sonra hakimiyyətə gələn qeyri-ənənəvi baş nazir Nikol Paşinyan Ermənistan daxili siyasətindəki bütün tabuları aradan qaldırdı.

Ən yadda qalan hadisə isə keçmiş prezident Robert Koçaryanın 27-28 iyulda 1 may 2008-ci ildə onun mübahisəli prezident seçimləsinə qarşı etirazların qarşısını ölümlə nəticələnmiş təzyiqlə almasına görə həbs edilməsidir.

İllərdir müstəqil məhkəmələrinin olmamasında ittiham edilən Ermənistanda Koçaryanın iki ay sınaq müddətinə həbs edilməsi bu ölkə üçün çox qəribə hadisədir.

Ermənistanın keçmiş prezidentinə qarşı "konstitusiya qaydalarını devirmək" iddiasının irəli sürülməsi geniş təsirə malik ola bilər. Bu, keçmiş Sovet liderlərinin taleyi ilə bağlı əhəmiyyətli örnək ola bilər.

2008-ci ildə etirazların yatırılması ilə bağlı cinayət işi iki digər yüksək çinli məmura qarşı da irəli sürülüb: həmin vaxt Ermənistan müdafiə nazirinin müavini olmuş təqaüddə olan ordu generalı Yuri Xaçaturov və 2008-ci il etirazları zamanı Ermənistanın müdafiə naziri olmuş təqaüddə olan general Mixayıl Harutunyan.

Sonuncunun Rusiyada sığınacaq üçün Ermənistanı tərk etdiyi hesab edilir.

Lavrovun bəyanatının gələcəkdə Rusiya-Ermınistan münasibətlərinə təsiri necə olacaq?

Ermənistan və onun əsas təhlükəsizlik tərəfdaşı sayılan Rusiya arasında münasibətlərin gərginləşməsi fonunda Ermənistandakı Rusiya qoşunlarının 17 iyulda hərbi təlim keçməsi gərginliyi daha da artırıb.

Ölkənin şimalında yerləşən Şirak əyalətində keçirilmiş canlı atışma təlimləri təkcə yerli insanların narahatlığına səbəb olmayıb. Əvvəlcədən xəbərdarlıq edilmədən keçirilmiş bu təlimlər həmçinin baş nazir Nikol Paşinyanın da tənqidinə səbəb olub.

O, nazirlər kabinetinin görüşündə bu hadisəni "Ermənistanın suverenliyinə qarşı provokasiya" adlandırıb.

Ermənistan müdafiə naziri David Tonoyan isə öz növbəsində bildirib ki, təlimlər keçirilməzdən bir gün öncə Ermənistan rəsmilərinə bu barədə xəbərdarlıq edilib.

Rusiya ilə Ermənistan arasında 2010-cu ildə imzalanmış mübahisəli razılaşmaya görə, Ermənistandakı Rusiya hərbi bazasına icazənin müddəti 2044-cü ilə qədər uzadılıb. Müqaviləyə görə hərbi bazanın bütün xərclərini Ermənistan hökuməti qarşılamalıdır.

Ermənistan mətbuatının yazdıqlarına cavab olaraq Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan bildirib ki, Ermənistanın Türkiyə və İranla sərhəddəki Rusiya sərhəd qoşunlarınının statusunu yenidən nəzərdən keçirmək "niyyəti yoxdur".

Sözçünün bildirdiyinə görə müdafiə naziri Tonoyan Moskva ilə "təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi üçün bəzi qanuni və texniki məsələlərin" nəzərdən keçirilməsi məsələsini qaldırıb.

Rusiya Ermənistanın Türkiyə və İranla sərhədinə və Yerevan beynəlxalq hava limanına nəzarət edir. Soyuq Müharibə dövründən qalma mirasa uyğun olaraq onlar, "xarici sərhədlər" hesab edilir.

Bu həmçinin Rusiyanın Azərbaycanla münasibətlərinə təsir edə bilərmi və necə?

Dağlıq Qarabağda döyüşlərinin yenidən başlama riski ilə bağlı narahatlıqların ardından, Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakayanla azərbaycanlı həmkarı Elmar Məmmədyarov arasındakı 11 iyul Brüsseldə keçirilmiş görüş əsnasında diplomatik fəallığın bərpası ümidini yaradır.

İlkin görüş kimi nəzərdə tutulmuş bu görüşdə "qarşılıqlı etimad tədbirləri" və diplomatik sülh prosesini gücləndirəcək digər addımlar müzakirə olunub.

Lakin eyni zamanda Azərbaycandan gələn hədələrə həm Ermənistan, həm də Dağlıq Qarabağ hərbi rəhbərliyinin cavabı "söz savaşının" artmasından xəbər verir.

Misal üçün, Qarabağın (Tanınmamış Dağlıq Qarabağ Respublikası. Red.) müdafiə naziri Levon Mnatsakanyan 24 iyulda bəyan edib ki, əgər rəsmi Bakı Dağlıq Qarabağa qarşı düşmənçiliyi artırsa, "Ermənistan və Qarabağın hərbi qüvvəlləri Azərbaycan iqtisadiyyatını iflic vəziyyətinə sala bilər".

O əlavə edib ki, düşmənçiliyin davam edəcəyi təqdirdə Mingəçevir şəhəri yaxınlığındakı su-elektrik stansiyası kimi təsisatların hədəf alınması "taktiki plana daxildir" və "ümumiyyətlə döyüş sənətində zərbələr endirmək tələb olunur".

Cavabında isə Azərbaycanın Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Bakı da mürəkkəb raket qurğularına malikdir ki, onlar vasitəsilə Metsamor nüvə stansiyası da daxil olmaqla Ermənistandakı əhəmiyyətli təsisatları hədəf ala bilərlər.

Bunun ardından iyunun sonunda Bakıda keçirilmiş hərbi paradda çıxışı zamanı Azərbaycan pezidenti İlham Əliyev Ermənistanın "strateji" nöqtələrinə hərbi zərbələr endirilməsilə hədələmişdi.

Hərbi paradda Belarusiyada istehsal olunmuş Polonez və İzraildə hazırlanmış LORA raketləri nümayiş edilib.