Bakı: Müxalifət nümayişində korrupsiya əleyhinə çağırışlar

Videonun alt yazısı, Bakıda müxalifət mitinqi başa çatıb

Bakının Yasamal rayonu stadionunda korrupsiya əleyhinə müxalifət qüvvələrinin nümayişi başa çatıb.

"Talana son!" adlı nümayişə gələnlər "Adı islahatçı - özü işğalçı hökumət", "Hakimiyyətin gözü - xaqlın qarnı acdır" kimi şüarlar qaldırıblar.

Rəsmi rəqəmlərə görə mitinqə 1 500 insan qatılıb.

BBC Azərbaycancanın müxbiri Günel Səfər bildirir ki, nümayişi stadionun qarşısında toplaşan insanlar da izləyib.

Bakı polisi tədbir vaxtı asayişin pozulması hallarının qeydə alınmadığını bildirir.

Numayiş

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) liderləri bu ayın əvvəlində "Azərbaycan Camaşırxanası" adlı beynəlxalq hesabatda göstərilən korrupsiya iddialarının araşdırılmasını tələb ediblər.

Azərbaycan hökuməti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat dərc etdiyi etdiyi hesabatdakı iddiaların əsassız və qərəzli olduğunu bildirir.

Nümayiş
Nümayiş
Şüar
Bayraq