Azərbaycanda işləmiş türklər: "Var-yoxumuzu itirdik"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Yunus Demirtaş və Yavuz Yağcı müxtəlif illərdə Azərbaycana iş qurmaq üçün gəliblər. Dəmirtaş iddia edir ki, hakimiyyətə yaxın bir qrup şəxs və həmin qruplarla əlbir olan polislərin əliylə varını-yoxunu itirib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
"Jurnalistlər İlham Əliyevə, və ya cənab Erdoğana səsimi çatdırım deyə getdim. Onlar məni şərləyib içəri atdılar. Deyir ki, polisə müqavimət göstərmisən, xuliqanlıq etmişəm. Dövlət qapını bağlasa, millət dərdini kimə söyləyəcək, bu ədalət, polis nə üçündür?"
Türkiyə vətəndaşı Yavuz Yağcı deyir ki, 12 il əvvəl Azərbaycana iş qurmaq üçün dəvət edilib, lakin pulunu əlindən alıblar.
O iddia edir ki, onu dəvət edən şəxs keşmiş məmurlardan birinin qohumu olub.
O, Polisin, məhkəmənin şikayətlərinə baxmadığını iddia edir. Üstəlik, həyatının təhlükədə olduğunu bildirir.
Burda vəkillər də hakimlərdən qorxurlar. Vəkil də tuta bilmirəm. Çarəsiz vəziyyətdəyəm. 12 ildir Qarabağ problemi həll olundu, benim problemim yox.
Daxili İşlər Nazirliyi Yavuz Yağcının iddiaları ilə bağlı şərh verməyib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Yunus Demirtaş da Azərbaycana iş qurmaq üçün gəlib. Dəmirtaş iddia edir ki, hakimiyyətə yaxın bir qrup şəxs və həmin qruplarla əlbir olan polislərin əliylə varını-yoxunu itirib.
"Binə bazarında sahə müvəkkili işləyən Polis Ədalət. Sən dedi narahat olma, mən sənə kömək edəcəyəm. Mən polisə inanıb evimə getdim. Xırdalanda qalırdım. Sabah gəldim, ben şok oldum. Maqazin boş. Polis Ədalətə zəng vurdum. İndi maqazin niyə boşdur? Mənə deyir ki, kameranı sildim. Sen kimsin kamerayI siliyorsun? Dedim ki, seni şikayet edecem. Get hara istəyirsən, şikayət et dedi. Alçaqlar mənim mağazamı oğurladı. Lökbatan və Qaradağ polisləri.
Daxili İşlər Nazirliyi Yunus Demirtaşın iddialarını təkzib edib. Qurum BBC-yə bildirib ki, onun işiylə bağlı cinayət işi açılmasının rədd edilməsi qərarı "adıçəkilən şəxslərin əməlində dələduzluq cinayətinin tərkibi yaranmadığına görə" qəbul edilib.
Türkiyəli Ferruh Büyüksavaş isə Baş Prokurorluqdan şikayətçidir.
O deyir ki, 2014-cü ildə Baş Prokurorluq üçün gördüyü işlərin ödənişini almaq üçün 5 ildir Türkiyə məhkəmələrində haqqını axtarır.
Korrupsiyanın qarşısında 7-8 binanı üzlədik. Korrupsiya ilə Mübarizədə də iş gördüm. O önəmli deyil. Zakir Qaralovun otağını gülləkeçirməz pəncərəylə təmin etdim, bir milyon 188 min 500 dollarlıq mal göndərdim, pulunu ala bilmədim.
Baş Prokurorluq Büyüksavaşın iddiaları ilə bağlı BBC-nin suallarını cavablandırmayıb.
Yunus Demirtaş deyir ki, Azərbaycanda iş görməyə gələn, pulunu itirib geri qayıdan türklərin sayı çoxdur. Lakin onların çoxu problem istəmədiyi üçün səsini çıxarmır. Deyir ki, hazırda Türkiyədə günəmuzd çalışaraq, birtəhər dolanır.
Üç gün ac qaldım. Xırdalandan binə bazarına piyada getdim. Mən bunların heyfini almadan ölməyəcəyəm. Məni bu hala gətirən Azərbaycan polisidir.







