You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistan Prezidenti "Zəngəzur dəhlizi"ni açmağa" çağırıb
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Ermənistan Azərbaycanı Naxçıvanla birləşdirən Sünik bölgəsinin "qapılarını açmalıdır".
Bunu Ermənistan Prezidenti Vahaqn Xaçaturyan bu bölgənin rəhbərliyi ilə görüşündə deyib.
Azərbaycan bu yolu "Zəngəzur dəhlizi" adlandırır.
"Əgər biz Sünikin qapılarını aça bilsək, mən 43 kilometrlik yolun imkanlarını nəzərdə tuturam, o zaman əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf baxımından böyük imkanlar verəcək", - Xaçaturyan deyib.
O deyib ki, hakimiyyətin məqsədi ən yaxın vaxtlarda Bakı ilə sülh sazişini imzalamaqdır.
"Zəngəzur dəhlizi"nin açılması məsələsi sülh sazişi mətnində əks olunmasa da, Azərbaycanın əsas tələblərindən biridir.
Bakı Ermənistan ərazisindən maneəsiz keçid istəyir.
ABŞ təklif edib ki, bu dəhliz 100 il müddətinə Amerika şirklətinə verilsin.
Video açılmırsa, Youtube kanalımızda baxın