Paşinyan: "̉Zəngəzur dəhlizi" icarəyə verilə bilər

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Paşinyan Azərbaycanın "Zəngəzur dəhlizi" adlandırdığı yolun xarici şirkətə icarəyə verilə biləcəyinə işarə edib.

"̆Bu gün də Ermənistanda bu kimi hallar var. Məsələn, "Zvartnots" aeroportunun idarəçiliyi başqa ölkə şirkətinə verilib. Eləcə də su sistemi və Ermənistan dəmir yollarının idarəçiliyi", - Paşinyan deyib.

Ancaq Ermənistanın Baş naziri bildirib ki, Azərbaycanın Naxçıvanla birləşdirəcək yol Ermənistanın mülkiyyəti olmalıdır.

ABŞ təklif edib ki, Zəngəzur dəhlizini 100 illik icarəyə götürsünlər.

Video açılmırsa, Youtube kanalımızda baxın