BBC 100 qadın 2023: Bu il siyahıda kimlər var?

100 qadın 2023

BBC hər il olduğu kimi, bu il də dünyada ilham mənbəyi olan nüfuzlu qadınların siyahısını açıqlayıb.

Onların arasında ABŞ-ın keçmiş Birinci Ledisi Michelle Obama, insan haqları üzrə vəkil Amal Clooney, Qızıl Top mükafatlı futbolçu Aitana Bonmati, süni zəka eksperti Timnut Gebru, feminist lider Gloria Steinem, Hollywood ulduzu America Ferrera və gözəllik şirkətləri sahibi Huda Kattan var.

BBC-nin 100 qadın mövsümü siyahısında, həmçinin ekstremal istilik, meşə yanğınları, daşqınlar və digər təbii fəlakətlərlə keçən bir ildə öz icmalarına iqlim dəyişikliyilə mübarizədə yardım edən qadınların da adları var.

Əvvəlki illərdə bu siyahıda azərbaycanlı qadınların da adı yer alıb: onların arasında jurnalist Xədicə İsmayıl, gənc ixtiraçı Reyhan Camalova və digərləri də olub.

2023-cü il 100 qadın mövsümündə iştirak edən qadınların adlarının bütövlükdə siyahısı ilə burada tanış ola bilərsiniz:

"100 qadın"da azərbaycanlı qadınlar