Rusiya, sən o Rusiya deyilsən! JD Vansın səfərinin mesajı bu idimi?

Kollaj: Putin, Vans, Əliyev və Paşinyan
Oxuma vaxtı: 3 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

JD Vance-in Ermənistana və Azərbaycana səfəri hər iki ölkədə tarixi olaraq qiymətləndirildi.

İlk dəfə idi ki, ABŞ vitse-prezidenti Cənubi Qafqazın bu iki müharibələr görmüş ölkəsinə səfər edirdi. Bu, təkcə Bakı və Yerevana siyasi dəstək idi, yoxsa həm də Rusiyaya ünvanlanan strateji mesaj idi?

Cənubi Qafqazda güc balansı dəyişməsi barədə mülahizələr çoxdan var. Amma belə görünür ki, bu dəyişiklik sürətlənməkdədir.

Azərbaycan Rusiyadan Ermənistan qədər asılı olmadığından, Yerevan üzərindən Moskvaya verilən mesajlar daha da çarpıcı görünməkdədir.

Vance Yerevanda açıq şəkildə Baş nazir Nikol Paşinyanı dəstəklədiyini bildirdi və onu "sülhü davam etdirə biləcək lider" kimi xarakterizə etdi.

Bu, Qərbin Ermənistanda konkret siyasi fiquru dəstəkləməsi deməkdir və Moskva bunu çox aydın görür.

BBC Rusca müxbiri Grigor Atanesyan deyir ki, Paşinyana belə açıq siyasi legitimlik verilməsi Rusiyanın regiondakı ənənəvi nüfuz modelinə zidd addımdır: Kreml Ermənistanda seçkilərdə bu qədər açıq şəkildə tərəf seçməyib, amma indi Qərb bunu edir və bunu gizlətmir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Vance-in səfər zamanı açıqladığı 11 milyon dollarlıq V-Bat kəşfiyyat dronları - Ermənistan tarixində ilk dəfə ABŞ-dan alınan hərbi texnikadır. Bu dronlar Ukraynada Rusiya ordusuna qarşı HIMARS zərbələrinin koordinasiyasında istifadə olunur.

Bu da Moskvaya çox açıq mesajdır kimi görülə bilər, yəni, Ermənistan artıq Rusiyanın təhlükəsizlik sisteminə daxil deyil: ABŞ-la hərbi əməkdaşlığın yeni dövrü başlayır.

Səfərdə elan edilən nüvə əməkdaşlığı sazişi, ABŞ reaktorlarının Ermənistan ərazisində tikilməsinə və milyardlarla dollarlıq amerikalı texnologiya ixracına yol açır.

BBC Rusca müxbiri Qriqor Atanesyan deyir ki, bu, faktiki olaraq Ermənistanın Rusiya nüvə texnologiyalarından və enerji asılılığından çıxması deməkdir - çünki Metsamor AES Moskva ilə ən strateji bağlardan biri idi.

Amerika-erməni startapının 4 milyard dollarlıq superkompüter layihəsi və ABŞ hökumətinin 41 min Nvidia çipinə icazə verməsi Ermənistanı Qafqazın ən iri texnoloji mərkəzinə çevirə bilər.

Bu da Moskva üçün siqnaldır: Rusiya Ermənistanı nə iqtisadi, nə də texnoloji baxımdan artıq nəzarətində saxlaya bilmir: regionun gələcəyi Qərb kapitalı və Qərb texnologiyası ilə qurulur.

2025-ci ildə Tramp vasitəçiliyi ilə razılaşdırılan sülh sənədinin mərkəzində duran TRIPP dəhlizi indi Vance-in səfəri ilə daha da möhkəmlənir. Bu dəhliz Rusiya ərazisindən keçməyən tamamilə yeni Şərq-Qərb marşrutu yaradır və Moskvanın nəqliyyat-geoiqtisadi alətlərini zəiflədir.

Bunu Rusiyada da anlayırlar - Kremlin ağzı ilə danışan jurnalist və strateqlər Solovyovun və Duğinin sərt açıqlamaları təsadüfi deyil:

  • Solovyov "Erməistanı itirmək — ən böyük problemimizdir" deyir.
  • Dugin isə "suveren Ermənistan və suveren Azərbaycanla razılaşmaq mümkün deyil" deyir.

Bu bəyanatlar Moskva üçün Cənubi Qafqazdakı real vəziyyətin acı etirafıdır.

Son dörd ildə Moskvanın bölgədəki "təhlükəsizlik təminatçısı" rolunun çökməsi ardıcıl mərhələlərlə baş verdi:

  • · 2020-ci ildə rus sülhməramlıları Qarabağa girdi.
  • · 2023-cü ildə onlar həm siyasi, həm hərbi prosesə təsir edə bilmədilər və bölgəni vaxtından əvvəl tərk etdilər.
  • · 2025-ci ildə Ermənistan və Azərbaycan Vaşinqton vasitəçiliyi ilə razılığa gəldi — Rusiyanın iştirakı olmadan.
  • · 2026-cı ildə ABŞ vitse-prezidenti Vance bölgəyə gələrək prosesin "təhlükəsizlik arxitektoru"na çevrildiyini rəsmiləşdirdi.

Moskva üçün siqnal budur: "Sən artıq təhlükəsizlik təminatçısı deyilsən."

Moskva üçün siqnal budur: "Sən artıq təhlükəsizlik təminatçısı deyilsən."

Paşinyanın Qərb tərəfindən açıq dəstəklənməsi, iyun seçkiləri öncəsi AB liderlərinin Yerevana səfərləri və mayda keçiriləcək ilk AB–Ermənistan sammiti Yerevanın artıq Qərbin siyasi orbitinə daxil olduğunu göstərir.

Bu isə Rusiyaya mesajdır: "Ermənistanın gələcək siyasi kursunu artıq sən yox, Qərb müəyyən edir."

Bu arada, Kreml deyir ki, Rusiya məsələni heç də belə görmür.

''Ermənistan və Azərbaycan suveren dövlətlərdir və Birləşmiş Ştatlar da daxil olmaqla istədikləri ölkələrlə münasibət qurmaq hüququna malikdirlər", – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerikanın vitse‑prezidenti JD Vance-in Cənubi Qafqaza səfərini məhz belə şərh edib.