İlham Əliyevin Bakıda olan rusiyalı naziri qəbul etmədiyi deyilir

Rusiyalı nazir Bakıda olub, amma onun

Şəklin mənbəyi, Getty Images

Oxuma vaxtı: 2 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İlham Əliyevin Bakıya gəlmiş Rusiyanın Fövqəladə Hallar naziri Aleksandr Kurenkovu qəbul etmədiyi iddia olunur.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Azərbaycanın Minval.az saytı bir Rusiya Telegram kanalına istinadən yazıb ki, nazir Rusiyaya əliboş qayıdıb.

İddia olunurdu ki, Rusiya Fövqəladə hallar naziri İlham Əliyevə Putinin şəxsi mesajını çatdıracaq.

Deyilir ki, o, cənab Əliyevlə görüşə bilmədiyindən vaxtından əvvəl geri qayıdıb.

Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının bir təbirində iştirak etmək üçün Bakıya gəlmişdi.

Tədbirin qonaqları arasında yalnız Rusiya nazir səviyyəsində təmsil olunub.

Rusiya ilə Azərbaycanın münasibətləri 2024-cü ilin dekabrından bəri gərginləşib.

Rusiya polisinin iyunun 27-də Yekaterenburqda azərbaycanlılara hücumundan sonra daha da pisləşib.

Azərbaycan bu hadisədən sonra Rusiya Baş naziri müavininin Bakıya səfərini ləğv etmişdi.

Video açılmırsa, Youtube kanalımızda baxın.