Şuşaya qayıdanların ilk toyu

Şəklin mənbəyi, Azertac
Ötən həftə 32 ildən sonra Şuşaya qayıdan azərbaycanlılar arasında ilk toy keçirilib.
“Nə xoş mənim halıma ki, 32 ildən sonra Şuşada “Vağzalı” sədaları mənim toyumda səslənir”, - bəy Elmir Məmmədli yerli mediaya deyib.
May ayından etibarən, Şuşaya məcburi köçkünlərin köçü başlayıb.
İndiyə kimi Şuşaya 170-dən çox ailə köçürülüb, Azərtac yazıb.
Şuşa 1992-ci ildə erməni hərbçiləri tərəfindən işğal edilmiş, 2020-ci ildə, İkinci Qarabağ müharibəsi zamanı azad edilmişdi.
O vaxtdan bəri Azərbaycanda Şuşanın azad edilməsi günü – 8 noyabr Zəfər günü kimi qeyd edilir.
Şuşa 2021-ci ildə qanunla ölkənin mədəniyyət paytaxtı elan edilib.
Videoya YouTube kanalımızda baxın.






