Putin qardaşının qəbrinə gül qoyub

Putin qardaşının qəbrinə gül qoyub

Putin İkinci dünya müharibəsində Leninqradın mühasirəsi zamanı ölən qardaşı Viktorun məzarına da gül dəstəsi qoyub.

Rusiya Prezidenti qardaşının məzarına Leninqrad mühasirəsi qurbanlarının anım mərasimi zamanı baş çəkib.

Putin mühasirə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub.

indi Sankt-Peterburq adlanan Leninqradın mühasirəsi 3 ildən çox çəkib.

Mühasirə nəticəsində aclıq, bombardman və soyuqdan yüz minlərlə dinc sakin həlak olmuşdu.

Bu, tarixdəki ən uzun və ən faciəli mühasirələrdən biri sayılır.