Tramp İranı təhdid edib: “Böyük donanma İrana doğru irəliləyir”

Tramp İranı təhdid edib: “Böyük donanma İrana doğru irəliləyir”

"Hərbi donanma İrana doğru irəliləyir. O, sürətlə böyük güc, həvəs və məqsədlə irəliləyir. Ümidvaram, İran çox tez bir müddətdə danışıqlar masasına qayıdacaq. Vaxt gedir. Növbəti hücum çox pis olacaq. Elə edin, bu baş verməsin".

Bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp özünün sosial media hesabında paylaşıb.

İranın xarici işlər naziri Abbas Əraqçı isə bildirib ki, Amerika Birləşmiş Ştatları İranı təhdid dili ilə danışıqlara çağıra bilməz.