İran: "Azərbaycan İslam dünyasının baxışlarına zidd addımlar atır"

İran lideriin müşaviri Azərbaycanı tənqid edib

Şəklin mənbəyi, khamenei.ir

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İran rəsmisi bildirib ki, Azərbaycan hökuməti İslam dünyasının dəyərlərinə zidd addımlar atır.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Bu fikirləri iyulun 13-də İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti səsləndirib, İSNA yazır.

O, bunu Pakistanın daxili işlər naziri ilə görüşdə deyib.

Vilayəti Azərbaycanı İsrailə neft satmaqda və Suriya ilə İsrail arasında görüşlərə şərait yaratmaqda ittiham edib.

Vilayəti deyib: "Sizin Azərbaycanla yaxın münasibətləriniz var. Soruşun ki, niyə belə addımlar atırlar? Bu, İslam ölkələrinin baxışı ilə ziddiyyət təşkil edir".

Azərbaycan rəsmiləri İsraillə dostluq münasibətini Qarabağ münaqişəsi ilə əlaqələndirir.

İsraildən alınan silahlar hesabına Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəldiyi vurğulanır.

Fələstində baş verənlərlə bağlı iddialara isə Azərbaycanda deyirlər ki, bu, Azərbaycanın iradəsindən, gücündən kənardır.

Bundan başqa Azərbaycanda hökumətə yaxın təhlilçilər deyir ki, İran dövləti 44 günlük müharibə vaxtı Azərbaycanı dəstəkləməyib.

İranla Azərbaycan münasibətləri Tehrandakı Azərbaycan səfirliyinə hücumdan sonra kəskin pisləşmişdi.

İran Prezidenti Məsud Pezeşkian son aylarda Bakıya və Qarabağa səfər edib. Bu səfərlərdən sonra münasibətlərin bir qədər düzəldiyi deyilir.

Vilayətinin tənqidləri Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana səfərindən sonra olub.

Əl-Şaraa ilə gəlmiş Suriya hökuməti nümayəndələrinin Bakıda İsrail hökuməti təmsilçiləriylə görüşdüyü deyilir.

Video açılmırsa, Youtube kanalımızda baxın.