You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda və Ermənistanda Anım Günü qeyd edilib
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycanda və Ermənistanda İkinci Qarabağ müharibəsində həlak olanların Anım günü qeyd olunub.
Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasından 5 il ötür.
2020-ci ildə 44 günlük döyüşlərdən sonra Azərbaycan 30 ilə yaxın işğalda olan ərazilərini azad edib.
Bakıda Anım günü həm təzə salınmış Zəfər parkında, həm də döyüşlərdə həlak olan hərbçi ailələrinin getdiyi İkinci Fəxri Xiyabanda qeyd edilib. Onların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Yerevanda Yerabulur qəbristanlığında dəfn olunan hərbçilərin məzarları ziyarət olunub.
İkinci Qarabağ Müharibəsində Azərbaycan 3 minə yaxın, Ermənistan 3 mindən çox hərbçisini itirib, hər iki tərəfdən minlərlə hərbçi yaralanıb.
Bu müharibədə hər iki tərəfdən dinc insanlar da həlak olub və yaralanıb.
Video açılmırsa, YouTube kanalımızda baxın.