You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Paşinyan: "Biz birlikdə cəhənnəmdən keçmişik"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Baş nazir Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarında əldə olunan son razılaşmaları "tarixi hadisə" adlandırıb.
Bu barədə o, jurnalistlərin suallarına cavabında deyib.
Video açılmırsa, Youtube kanalımızda baxın.
"Bu gün deyə bilərik ki, sülh bərqərar olub və o, ölkələrimizin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına əsaslanır".
O, Ermənistanın blokadadan azad olma prosesinə qədəm qoyduğunu deyib.
"Bu, taleyüklü hadisədir. Ermənistan yeni təhlükəsizlik səviyyəsi yaradacaq milyardlarla imtiyaz alacaq".
O, Ermənistan xalqının sülh gündəmi ətrafında birləşəcəyinə əmin olduğnu bildirib.
"Biz birlikdə cəhənnəmi keçmişik və mən əminəm ki, bütün Ermənistan vətəndaşlarının sülh gündəmi ətrafında birləşəcək. Bu, ölkəmizin gələcəyi üçün heç də az əhəmiyyətli inqilab olmayacaq".
Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə ABŞ Prezidenti Donald Trump-ın şahidliyi ilə bəyannamə imzalayıblar.
Bakı və Yerevan həm də sülh sazişini paraflayıblar.