Payızda ev təmizliyi: Sınaqdan keçmiş 4 effektiv üsul

qarderob qadın təmizlik

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hətta dolabda təmizliyə başlamaq evinizdə nizamı bərpa etmək üçün ilk addım ola bilər.
    • Müəllif, Alex Taylor
    • Vəzifə, BBC News

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Yay tətilindən sonra oktyabr ayı bir çox insan üçün yeni başlanğıc kimi görünür.

Günlər qısalır, axşamlar tez qaralır və biz vaxtımızı daha çox evdə keçiririk; bu da evimizə yenidən nəzər salmaq və artıq əşyalardan qurtulmaq üçün təbii bir fürsət yarada bilər.

Psixoloqlara görə, evimizi səliqəyə salmaq stressi azaldır və enerjimizi artırır.

Lakin nəyi saxlamaq, nəyi atmaq lazım olduğuna qərar vermək bir çoxları üçün o qədər də asan deyil.

BBC Radio 4-un "Woman's Hour" proqramı mütəxəssislərlə birlikdə evdə təmizlik işləri aparmağın dörd effektiv yolunu müzakirə edib.

1.Kiçik addımlarla başlayıb

Bəzi insanlar üçün ən çətin hissə çox vaxt başlamaqdır. Bunun üçün özünüzə icazə verin.

Hətta yalnız hədiyyə olduğu üçün sevmədən saxladığınız əşyalardan da ayrılın.

Dolab təmizliyi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hədiyyə qutuları və ikinci əl platformaları artıq əşyalardan xilas olmaq üçün yaxşı yer ola bilər.

Yazar və BBC Two-da yayımlanan "Interior Design Masters" adlı televiziya şousunun münsiflər heyətinin üzvü Mişel Ogundehin deyir: "Yavaş irəliləmək vacibdir".

Ogundehin "Hər şey bir anda getməlidir" düşüncəsi əvəzinə, əvvəlcə yalnız bir çəkməcə, ya da dolabdan başlamağı tövsiyə edir:

"Kiçik addımlar işi daha idarəolunan edir".

2. Əşyaların hara gedəcəyini əvvəlcədən planlaşdırın

Atacağınız və ya başqasına verəcəyiniz əşyaların aqibətini əvvəlcədən düşünün.

Peşəkar təşkilat mütəxəssisi İnqrid Yansen deyir:

"Dəhlizdə üst-üstə yığılmış torbalar işinizi daha da çətinləşdirir".

Xeyriyyə qutularına yığılan paltarlar

Şəklin mənbəyi, Getty Images

Seçim çoxdur: Bələdiyyələrin ianə qutuları, xeyriyyə təşkilatları, bəzi telefon tətbiqləri, təkrar emal mərkəzləri… İstifadə olunmayanları isə zibilə ata bilərsiniz. İkinci əl satış saytları da başqa bir seçimdir.

Amma mütəxəssis Lesley Spellman satış üçün ayrılan əşyaların aylarla bir kənarda saxlanmasının "yığma" vərdişinə çevrilə biləcəyi barədə xəbərdarlıq edir.

"Satış dağınıqlığınızdan pul qazanmağın əla yoludur, amma bir az realist olmalısınız".

Əgər bir kənarda hələ də üç torba əşya gözləyirsə, satışını gözləmədən onlarla vidalaşmağın vaxtı çatmış ola bilər.

3. Kəmiyyətdən daha çox keyfiyyətə üstünlük verin

"Acımasız olun!" tavsiyesini sık duyarız.

Ama bu, sevdiğiniz eşyaları gözünüz kapalı atmak demek değildir.

iki qardaş

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Mütəxəssislər deyirlər ki, əşyaları kimin üçün saxlamağınız vacibdir.

"Amansız olun!" tövsiyəsini tez-tez eşidirik.

Amma bu, sevdiyiniz əşyaları gözünüzü qırpmadan atmaq demək deyil.

Ogundehin sizi həqiqətən xoşbəxt edən, hekayəsini yaşamaq istədiyiniz əşyaları saxlamağı tövsiyə edir.

Tətil zamanı aldığınız bir əşya, övladlarınızın çəkdiyi bir rəsm və ya sizə yaxşı təsir edən fotolar...

Bunun üçün Ogundehin-in "sərhəd qoyma" metodundan istifadə edə bilərsiniz:

Hər şeyin müəyyən bir yeri olsun. Beləliklə, əşyalar evin hər yerinə yayılmaz.

4. Nostaljini sentimentallıqdan ayırın

Əşyalardan ayrılmaqda çətinlik çəkməyimizin ən böyük səbəblərindən biri emosional bağdır.

Channel 4-də yayımlanan The Hoarder Next Door proqramının aparıcısı, psixoterapevt Stelios Kiossesə görə burada iki anlayış var: nostalji və sentimentallıq.

kitab oxuyan uşaq

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hər əşyanı saxlamaq məcburiyyətində deyilsiniz.

Sentimentallıq bir əşyanın bu gün daşıdığı mənadır; bir münasibəti, bir uğuru və ya xüsusi bir anı simvolizə edə bilər.

Nostalji isə keçmişə duyulan həsrətdir; əşya o dövrü xatırladır.

Məsələn, övladınızın ilk ayaqqabılarını saxlamağınız...

Jansen bu barədə belə deyir: "Siz bunun onlar üçün olduğunu düşünürsünüz, amma əslində alış-verişə getdiyiniz o günü və nə qədər şirin göründüklərini xatırladığınız üçün saxlayırsınız".

Həqiqətən kim üçün saxladığınızı sorğulamaq bu əşyadan ayrılmağı asanlaşdıra bilər.

Üstəlik, artıq telefonlarımız var; bir fotoşəkil çox zaman min sözə bərabərdir.

O halda hər şeyi saxlamağımız həqiqətən vacibdirmi?