Dövrümüzü xarakterizə edən əşya kürsüdür?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Vybarr Cregan-Reid
- Vəzifə, BBC Future
İncildə niyə kürsünün adı heç çəkilmir? Ya da Homer-in 30 min misralıq əsərlərində adı niyə yoxdur? Shakespear-in 1599-cu ildə yazdığı "Hamlet"də də kürsüyə rast gələ bilmərik.
Amma XIX əsrin ortalarından etibarən tamamilə fərqli bir mənzərə ilə qarşılaşırıq.
Charles Dickens-in "Soyuq ev" romanında kürsüdən 187 dəfə söz edildiyini görürük.
Bəs dəyişən nədir?
Bəziləri kürsüdə oturmağı dövrün "yeni siqaret asılılığı" olaraq görür.
Uzun müddət oturmağın zərərli olduğunu bilirik. Zərərli olmasına baxmayaraq oturmaq müasir insanın yayına bilmədiyi bir vəziyyətdir.
Yaratdığımız dünyanın bədənimizi necə dəyişdirməsi mövzusunda yazdığım kitab üçün araşdırmaya başladığım zaman kürsüdən bir vaxtlar nə qədər az istifadə olunduğunu görmək məni təəccübləndirmişdi.
İndi isə ofisdə, qatarda, kafedə, restoranda, avtomobildə, konsert zalında, kinoteatrda, xəstəxanada, teatrda, məktəbdə, evdə... hər yerdə qarşımıza çıxır.
Dünyadakı kürsü sayını adam başına 10 kürsüdən cəmi 60 milyard olaraq təxmin etmək mümkündür.
Bəs kürsünü günümüzdəki insan dövrünün başlanğıcının rəmzi olaraq qəbul edə bilərik?

Şəklin mənbəyi, Getty Images
Kürsünün birdən-birə bu qədər yayılmasını bir tək səbəblə açıqlaya bilmərik.
Bunun dəb, siyasət, dəyişən çalışma üsulları və rahatlığı sevmək kimi bir çox səbəbi ola bilər.
1500-1800-cü illərdə kürsünü daha tez-tez görməyə başlasaq da əsas yayılması sənaye dövrünə söykənir.
XVIII əsrin əvvəllərində kürsü asan əldə edilən bir əşya olmasına baxmayaraq insanların çoxu ondan istifadə etmirdi.
Sərt, taxta bir stulda uzun müddət oturmaq çətindir. Parçayla örtülmüş kürsülər isə çox bahalı idi. Lakin XVIII əsrdə fransız sarayından gələn yeni rahatlıq mədəniyyəti bu əşyanın yayılmasına kömək edib.
Əvvəllər kürsü güc, zənginlik və yüksək mövqe rəmzi kimi qəbul edilirdi. Bu gündə bu fikirlər davam edir.
Elmi sahədə ən uğurlu olanlara ingiliscə "başçı" mənasında "chair" deyilir.
Bir toplantını və ya şirkəti idarə edən insana da… Bununla yanaşı ən yaxşı kürsü hər zaman ən yüksək səviyyəli idarəçiyə ayrılır.
Fransa İnqilabından və Britaniyadakı 1832-ci ildəki islahat qanunundan sonra kürsüdən istifadənin demokratikləşməsi ilə eyni vaxtda çalışma mədəniyyətində zəif bir dəyişişiklik başladı.
1800-cü illərdə işlərin çoxu əl əməyinə söykənərək fabrikdə həyata keçirdi.
Lakin XIX əsrin sonunda yazı makinası, teleqraf və elektrikin genişlənməsi ilə məşğulluq bazarı da dəyişməyə başladı.
Ofisdə çalışanlar ən sürətlə böyüyən sahə oldular.
Britaniyada 1851-ci ildə sayı 44 min olan bu işçi kateqoriyası 20 il ərzində artaraq 91 minə çatdı. Bu gün isə ofisdə işləyənlər çoxluq təşkil edir.
Madrid, Kral sarayı

Şəklin mənbəyi, Getty Images
XIX əsrdə roman oxumaq olduqca məhşur idi. Kino, radio və televiziya daxil olmaqla asudə vaxt fəaliyyətlərinin sayı daha da artdı.
Bu gün isə kompüter oyunları, internetdə filmlərə tamaşa etmək və sosial şəbəkələrdə vaxt keçirmək kimi ekrana bağlı fəaliyyət insanı daha çox hərəkətsiz edir.
Qısacası bu fəaliyyət kürsüyə daha çox ehtiyac hiss edir.
Britaniya Ürək Dərnəyi tərəfindən aparılan araşdırmalar insanların gündə orta hesabla 9,5 saatı oturaraq keçirdiyini göstərir.
Yəni vaxtımızın yüzdə 75 faizini hərəkətsiz keçiririk. Əlbətdəki bunun da yaratdığı problemlər var.
Çox istifadə etmədiyimiz sərt və yumşaq toxumalarımızın sağlamlığı gedərək pozulur. Əzələ və sümüklər artan yükə və ya hərəkətsizliyə görə reaksiya verir.
Vəziyyətə görə, sümüklər qalınlaşıb və ya incələrkən əzələlər də güclənir və ya zəifləyir.
Vaxtımızın çoxunu oturaraq keçirdiyimiz üçün kürəyimizdəki əzələlər və bel sümüyü kürsüyə söykənməkdən zəifləyir.
Bel ağrısının dünya miqyasında əlilliyə ən geniş səbəb olması boşuna deyildir.

Şəklin mənbəyi, Getty Images
Daş dövrü insanı çox vaxt körpəlik dövründə həyatını itirirdi.
Sonrakı yaşlarda isə zorakılıq və yaralanma normal ölüm səbəbi idi.
Müasir insanın ən böyük ölüm səbəbi isə 2-ci tip diabet, ürək xəstəlikləri və bəzi xərçəng növləri kimi metabolik narahatlıqlardan qaynaqlanır.
Bunların isə hərəkətsizliklə əlaqəli olduğu məlumdur.
2012-ci ildə aparılan bir araşdırmada 7813 qadının davranışlarına baxılaraq hərəkətsizliyin təsirləri araşdırılıb.
Gündə 10 saatı oturaraq keçirənlərin daha qısa telomerlərə (hər bir DNT spiralının ucunda olan xromosomları qoruyan hissə) sahib olduğu, bunun isə hüceyrə səviyyəsində yaşlanma göstəricisi olduğu məlum olub.
Bu hərəkətsiz həyat tərzi qadınların bioloji olaraq səkkiz il daha yaşlanmasına səbəb olurdu.
Bəzi araşdırmalar uzun müddət hərəkətsiz qalmağın səbəb olduğu mənfiliklərin qısa müddətli məşqlərlə aradan qaldırılmayacağını göstərir.
Qısacası, kürsü sevgisini gələcəyə aparmamaq, bu sahədə daha artıq sərmayə qoymaq mövzusunu ciddi şəkildə düşünmək lazımdır.
- Yazının orijinalını ingilis dilində BBC Future saytında oxuyun.
- Dərgidəki digər yazıları Dərgi bölməsindən oxuya bilərsiniz.






