COP29 dünya liderlərinin sabahkı sammitinə hazırlaşır

COP29

Şəklin mənbəyi, COP29 Azərbaycan/X

Şəklin alt yazısı, COP28-in prezidenti Dr.Sultan Əhməd Əl Caber vəzifəsini COP29 prezidenti Muxtar Babayevə ötürür
    • Müəllif, İlkin Həsənov
    • Vəzifə, BBC News Azərbaycanca, Bakı

İqlim dəyişikliyi ilə bağlı COP29 tədbiri Bakıda başlayıb.

Artıq Azərbaycan sədrliyi təhvil alıb.

Azərbaycan Prezidenti açılışda iştirak etmək üçün tədbirin keçirildiyi Bakı Stadionuna gəlib.

Noyabrın 12-13-də Bakıda Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti olacaq.

Bəzi dünya ölkələrinin liderləri artıq Azərbaycana gəlib, bəziləri isə sabah, birisi gün gələcək. Ancaq Çin, Hindistan, Braziliya kimi önəmli ölkələrin liderləri burada iştirak etməyəcək.

COP29-dan əsas gözlənti iqlim dəyişikliyinin təsirinin azaldılması üçün inkişaf etmiş ölkələrdən zərər görən ölkələrə nəzərdə tutulan maliyyələşmənin razılaşdırılmasıdır.

BBC News Azərbaycanca komandasının COP29 barədə xəbərləri üçün saytımızı və sosial media platformalarımızı izləyin.

Videoya YouTube kanalımızda baxın.