Monteneqroda həbsdən azad edilən azərbaycanlı: "Günahsız idim"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Monteneqroda yerli sakinin bıcaqlanmasıyla əlaqədar saxlanmış azərbaycanlı Yaqub Qurbanov azadlığa buraxılıb.

Yaqub Qurbanov BBC-yə deyib ki, hadisənin şahidləri onu tanımadıqlarını bildiriblər.

"Mən də onları birinci səfər idi görürdüm. Dörd gün getdi, üç dəfə məhkəmə oldu, axırda da məni buraxdılar ki, səni səbəbsiz yerə saxlamışıq".

Video açılmırsa, Youtube kanalımızda baxın.

O bildirib ki, çalışdığı tikintidə işləri bərpa olunub. Miqrantlara qarşı etirazlardan sonra paytaxt Podqoritsada yaşayan bəzi azərbaycanlılar BBC-yə bildrmişdi ki, çölə çıxmağa ehtiyat edirlər: hər an hücumla üzləşə bilmək qorxusuyla yaşayırlar.

Yaqub Qurbanov deyir, işlədikləri tikinti şirkətinin rəhbəri, Monteneqro vətəndaşı ona vəkil tutub və saxlandığı müddətdə onu və həmkarlarını müdafiə edib.

Oktyabrın 25-də paytaxt filan yerdə bir yerli vətəndaşın bıcaqlanmasından sonra biri Azərbaycan, biri Turkiyə vətəndaşı olmaqla iki nəfər saxlanıb.

Bu hadisədən sonra paytaxt Podqoritsada miqrantlara qarşı etiraz aksiyaları keçirilib, onların kütləvi yaşadığı bəzi binalara və iş yerlərinə hücumlar olub.

Polis miqrantlara hücum edənləri də saxladığı bildirib.

Həmin vaxt Azərbaycanın bu ölkədəki səfirliyi Monteneqroda olan bütün Azərbaycan vətəndaşlarını hər hansı kütləvi aksiyalardan uzaq durmağa çağırıb.