You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Monteneqroda miqrantlara qarşı etirazlar
Monteneqroda bir yerli sakinə xəsarət yetirilməsindən sonra paytaxt Podqoritsada immiqrantlar əleyhinə etirazlar baş qaldırıb.
Etirazçılar Türkiyə nömrəli maşını yandırıb və bəzi şəhərlərdə türk sahibkarların restoranlarına hücum ediblər.
Video açılmırsa, Youtube kanalımızda baxın.
Oktyabrın 25-i baş vermis hadisəyə görə biri Türkiyə, digəri Azərbaycan vətəndaşı olan iki nəfər saxlanıb.
Hadisənin səbəbi məlum deyil.
Bundan sonra küçələrə çıxan etirazçılar "Türklər gedin" şüarları səsləndiriblər.
Rəsmilər isə irqçi çağırışlara son qoymağa çağırıblar.
Baş vermis insidentdən sonra azərbaycanlıların da Podqoritsada kütləvi yaşadığı yerə maskalı şəxslər tərəfindən hücum olub, hadisə şahidlərindən biri BBC-yə deyib. Bundan sonra 45 azərbaycanlı və türk polisə aparılaraq sənədləri yoxlanıb, yerli polis açıqlayıb.
Azərbaycanın Monteneqrodakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarını kütləvi aksiyalardan uzaq durmağa çağırıb.