İlham Əliyev: "Trampı Nobel sülh mükafatına layiq görsünlər"

İlham Əliyev: "Trampı Nobel sülh mükafatına layiq görsünlər"

Şəklin mənbəyi, Azərtac

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Prezident İlham Əliyev təklif edib ki, Baş nazir Nikol Paşinyanla birgə Prezident Trump-ı Nobel sülh mükafatına təqdim etsinlər.

O bunu Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyanla sülh bəyannaməsini imzaladıqdan sonra deyib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, Youtube kanalımızda izləyin

"30 ildən çoxdur ki, müharibə edən ölkələrin liderləri burada həmin bu tarixi imzalanmanı edirlər. Bu, çox şeyi ifadə edir. Bu, Prezident Trump liderliyinin gözəçarpan nəticəsidir", - Azərbaycan Prezidenti deyib.

"Əgər Prezident Trump Nobel sülh mükafatına layiq deyilsə, kim layiqdirʔ" - Əliyev sual edib.

Prezident Əliyevin təbirincə, Trump 6 ay ərzində "möcüzəyə nail olub".

"Məncə, ermənistanlı həmkarım da bunu dəstəkləyəcək. Burada oturanların da reaksiyasını nəzərə alsaq, qayıdan kimi birgə məktub hazırlamağa razılaşacağıq və ümid edirəm ki, Prezident bu mükafata layiq görüləndən sonra bizi də mərasimə dəvət edəcək", - o deyib.

Paşinyan: "İndi qaralama var, imzalayaqʔ" deyə zarafat edib.

Azərbaycan və Ermənistan avqusutun 8-də, Ağ Evdə Donald Trump-ın vasitəçiliyi ilə sülh prosesini təsdiqləyən bəyannaməni imzalayıblar.

Sülh sazişinin nə vaxt imzalanacağı isə məlum deyil.