Hikmət Hacıyev və Armed Qriqoryan ilk dəfə birgə müsahibə veriblər

Videonun alt yazısı, Hikmət Hacıyev və Armed Qriqoryan ilk dəfə birgə müsahibə veriblər
Hikmət Hacıyev və Armed Qriqoryan ilk dəfə birgə müsahibə veriblər

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilk dəfə birgə xarici mediaya müsahibə veriblər.

Onlar Dohada Euronyus kanalına iki ölkə arasında "müharibə fəsli"nin bitdiyini deyiblər.

Hikmət Hacıyev bildirib ki, hazırda bütün fikir ayrılıqlarını kənara qoyub sülh istiqamətində irəliləmək üçün "yaxşı şans" yaranıb.

O, iki ölkə arasında başlanan birgə sülh prosesini münaqişələr və müharibələr tarixinin "uğur hekayəsi" adlandırıb.

Tərəflər həmçinin iki xalq arasında etimad quruculuğu barədə danışıb.

Armen Qriqoryan bildirib ki, uzun illər münaqişə yaşamış iki xalq arasında etimad qurmaq "sülh divarına bir kərpic" əlavə etməkdir.

O deyib ki, iqtisadi əlaqələrin qurulması iki dövlət arasında sülhün gücləndirəcək.

Hacıyev və Qriqoryan əlavə ediblər ki, hər iki ölkə regionda əbədi sülhün mövcud olmasına çalışırlar.

Hikmət Hacıyev və Armen Qriqoryan dekabrın 6-da Doha forumu çərçivəsində "Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton bəyannaməsi və ortaq gələcək" adlı panel müzakirədə iştirak ediblər.