Azərbaycan hakimiyyətinin dostu keçmiş şahzadə Endryu niyə həbs edildi?

Əliyev Endryu

Şəklin mənbəyi, Azərtac

Oxuma vaxtı: 2 dəq

Britaniya kral ailəsinin ən qalmaqallı fiqurlarından biri Keçmiş Şahzadə Andrew bu həftə həbs edildi. O, sonradan azadlığa buraxılsa da, istintaq davam edir.

Britaniya kral ailəsinin ən qalmaqallı fiqurlarından biri Keçmiş Şahzadə Andrew həbs edilib. Onun həbsi Böyük Britaniyada böyük səs-küy yaradıb

2026-cı ilin 19 fevral səhəri Norfolkda, Sandrinqham mülkündə polis maşınları görünür. Sonradan məlum olur ki, həbs edilən şəxs Andrew Mountbatten‑Windsor-dur. O dünyana şahzadə olaraq gəlmişdi. Amma Epstein qalmaqalına görə, 2025-ci ildə şahzadə titulu əlindən alındı.

Bu həbsin Azərbaycana heç bir aidiyyatı yoxdur. Amma biz onun Azərbaycanla əlaqələrinə nəzər salmışıq.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, Youtube kanalımızda baxın.

Keçmiş şahzadənin Azərbaycanla əlaqələri uzun illərin siyasi, şəxsi və işgüzar münasibətlərə söykənir.

Endryu 2005-2009-cu illər ərzində UK ticarət səfiri kimi xüsusilə Bakı Tbilisi Ceyhan boru kəməri olmaqla, iqtisadi və enerji əlaqələrini gücləndirmək üçün Azərbaycanda dəfələrlə ziyarət edib. O, Prezident İlham Əliyevlə və onun ailəsilə yaxın münasibətlər qurub.

İngiltərə qəzetlərinin yazdığına görə, onlar ümumilikdə, azı 11 dəfə görüşüblər.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

O, azı 7 dəfə Bakıya dəfə səfərə gedib və Prezident Əliyevlə 4 dəfə İsveçrədə görüşüblər.

2009-cu ildəki üç günlük səfəri Britaniya vergiödəyicilərinə 60 min funt sterlinqə başa gəlmişdi.

O, Bakıda Heydər Əliyev Fondunda, tarix muzeyi və İçərişəhərdə də olub.

Prezident Kitabxanasının saytında 2006-ci ilə aid bir xəbərdə o, "hörmətli qonaq" kimi anılıb və bildirilib ki, Heydər Əliyev Fondunda olan keçmiş Şahzadənin şərəfinə "Yaxt klub"da rəsmi ziyafət verilib.

2014-cü ildə "The Independent" yazırdı ki, Andrew Bakıya 4 günlük özəl səfərə gedir və Əliyevlə gizli görüş keçirəcək.

Bu isə o zaman İngiltərə mətbuatında, "despot rejimlə münasibət" kimi tənqid olunurdu.

"The Guardian" iddia edib ki, Prezidentın qızı Leyla Əliyeva Andrew, Lord Mandelson və Elisabeth Murdoch ilə dostluq edir – bu isə ictimai müzakirələri daha da qızışdırmışdı.

The Sentry korrupsiya təşkilatının araşdırmasına görə, Azərbaycan Prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyeva Lüksemburqda yerləşən özəl bank Banque Havilland‑ın mühüm müştərilərinə çevriliblər və bu münasibətlərin formalaşmasında Şahzadə Endryu ilə bağlı təmaslar rol oynayıb.

Hesabatda bildirilir ki, əlaqələrin əsası 2008‑ci ildə Şahzadə Endryunun Azərbaycana diplomatik səfəri zamanı qoyulub; həmin səfərdə onu bankın sahibi olan britaniyalı maliyyəçi Devid Rouland müşayiət edib.

The Sentry bu səfəri bankla Əliyeva bacıları arasında etimadın yaranmasına töhfə verən ilkin təmas kimi qiymətləndirir.

Lakin araşdırmada vurğulanır ki, bu, Şahzadə Endryunun bankda rəsmi vəzifə tutması və ya hər hansı qanunsuzluqda iştirak etdiyi demək deyil.

Azərbaycan Prezidenti İlham Əliyev qızlarının bizneslərinin olduğunu əvvəllər etiraf edib və burada problem görmədiyini deyib.

Şahzadə Endryunun 19 ferval 2026-cı il tarixində həbsinin səbəbi isə ABŞ Ədliyyə Nazirliyinin yayımladığı Epstein sənədləri ilə əlaqəli şikayətdir.

Rəsmi açıqlama olmasa da, güman olunur ki, Andrew ticarət nümayəndəsi olduğu illərdə Epstein-ə məxfi məlumatları paylaşmış ola bilərdi.

Andrew bu iddiaları illərdir inkar edir, amma istintaq artıq rəsmidir.