You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İlham Əliyevlə Nikol Paşinyan Danimarkada görüşüb
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İlham Əliyevlə Nikol Paşinyan görüşüb.
İki lider Danimarkanın paytaxtı Kopenhagenə Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantıs üçün gediblər.
Ermənistan Baş nazirinin sözçüsü Nazeli Bağdasaryan öz sosial media hesabında yazıb ki, tərəflər sülh möhkəmləndirməyə hazır olduqlarını deyiblər.
Onun məlumatına görə, tərəflər nəqliyyat kommunikasiyalarının faydasını, Azərbaycanın ərazisində infrastrukturun inkişafı və Ermənistan ərazisində Tramp marşurutu layihəsinin icrasındakı irəliləyişləri, Vaşinqton Bəyanatının müzakirə ediblər.
Məlumata görə, Əliyev və Paşinyan ATƏT-in Minsk qrupunun və strukturlarının buraxılması qərarını alqışlayıblar.
Əliyevlə Paşinyan sonuncu dəfə avqustda Trampın iştirakı ilə görüşmüşdülər.
Həmin görüşdə iki ölkə arasında sülh sazişi mətninin paraflanması olmuşdu.
Artıq bir neçə ildir ki, Əliyevlə Paşinyan Avropa Siyasi Birliyinin tədbirlərində görüşürlər.
Elə onların bir-birinin ərazisini tanıması barədə razılıqları da bu tədbirdə razılaşdırılmışdı.
Video açılmırsa, YouTube-da izləyin.