İlham Əliyevlə Nikol Paşinyan Danimarkada görüşüb

Qeyri formal görüşdə Nikol Paşinyan masa arxasında qarşıda oturan İlham Əliyevə doğru nisbətən əyilərək nəsə danışır, Əliyev isə müvazinətini pozmadan, stolun altında əlləri bir-birinə keçmiş vəziyyədə onu dinləyir.

Şəklin mənbəyi, President.az

Şəklin alt yazısı, İlham Əliyevlə Nikol Paşinyan Danimarkada ikilikdə görüşüblər

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İlham Əliyevlə Nikol Paşinyan görüşüb.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

İki lider Danimarkanın paytaxtı Kopenhagenə Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantıs üçün gediblər.

Ermənistan Baş nazirinin sözçüsü Nazeli Bağdasaryan öz sosial media hesabında yazıb ki, tərəflər sülh möhkəmləndirməyə hazır olduqlarını deyiblər.

Onun məlumatına görə, tərəflər nəqliyyat kommunikasiyalarının faydasını, Azərbaycanın ərazisində infrastrukturun inkişafı və Ermənistan ərazisində Tramp marşurutu layihəsinin icrasındakı irəliləyişləri, Vaşinqton Bəyanatının müzakirə ediblər.

Məlumata görə, Əliyev və Paşinyan ATƏT-in Minsk qrupunun və strukturlarının buraxılması qərarını alqışlayıblar.

Əliyevlə Paşinyan sonuncu dəfə avqustda Trampın iştirakı ilə görüşmüşdülər.

Həmin görüşdə iki ölkə arasında sülh sazişi mətninin paraflanması olmuşdu.

Artıq bir neçə ildir ki, Əliyevlə Paşinyan Avropa Siyasi Birliyinin tədbirlərində görüşürlər.

Elə onların bir-birinin ərazisini tanıması barədə razılıqları da bu tədbirdə razılaşdırılmışdı.

Video açılmırsa, YouTube-da izləyin.