Azərbaycanlılar Çinə vizasız gedəcəklər

Azərbaycanlılar və çinlilər bir-birlərinə vizasız gedib-gələ biləcəklər.

Şəklin mənbəyi, President.az

Oxuma vaxtı: 2 dəq

Azərbaycan vətəndaşları Çinə viza olmadan səfər edə biləcəklər.

Eyni qayda Çin vətəndaşları üçün də keçərli olacaq.

Prezident İlham Əliyev və Çinin rəhbəri Xi Jinping iki ölkə arasında vizasız gediş-gəlişə razılaşıblar.

Koronavirus pandemiyası illəri istisna olmaqla, 2017-ci ildən bəri Azərbaycana gələn çinli turistlərin sayı hər il artıb.

Azərbaycanla Çin arasında sənaye, energetika, ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahəsində bir sıra sənədlər imzalanıb.

Aprelin 22-də Pekinə səfər edən İlham Əliyev Çinin ərazi bütövlüyünü dəstəklədiyini və Tayvanın müstəqilliyinə qarşı olduğunu bildirib.

Çin rəhbərliyi isə Azərbaycan-Ermənistan arasında gözlənən sülh razılaşmasında Bakının təkliflərini dəstəklədiyin bəyan edib.

Azərbaycan Prezidentinin Çinə səfəri aprelin 24-də başa çatacaq.

Videoya Youtube kanalımızda baxın.