Qarabağdan 11 nəfər Ermənistana köçürülüb

Videonun alt yazısı, Qarabağdan 11 nəfər Ermənistana köçürülüb
Qarabağdan 11 nəfər Ermənistana köçürülüb

Qarabağda qalan 10 erməni və bir rus millətli Ermənistan vətəndaşı Ermənistana köçürülüb. Bu barədə sosial şəbəkədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan məlumat yayıb.

"Əziz həmvətənlər, nəzərinizə çatdırmaq istəyirəm ki, indiyədək Azərbaycan Respublikasında (Qarabağda) məskunlaşmış 10 erməni və bir rus millətli Ermənistan Respublikası vətəndaşı Ermənistan Respublikasına köçmək xahişi ilə Azərbaycan və Ermənistanın müvafiq qurumlarına müraciət edib. Müraciətləri əsasında həmin şəxslər Ermənistan Respublikasına köçürülüblər", - Torosyan yazıb.