Əliyevlə Putin bir il fasilədən sonra təkbətək görüşüblər

Şəklin mənbəyi, President.az
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İlham Əliyevlə Vladimir Putinin bir illik fasilədən sonra Tacikistanda təkbətək görüü bir saatdan çox çəkib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube kanalımızda baxın.
Bu, Rusiya ilə Azərbaycan arasında 2024-cü ilin dekabrından gərginləşən münasibətlər fonunda ilk təkbətək görüşdür.
Buna kimi onlar bir dəfə Çində ayaqüstü salamlaşıblar.
2024-cü ilin dekabrında AZAL təyyarəsi Rusiyada vurulub Qazaxıstana düşəndən sonra münasibətlər pisləşib.
TASS-ın məlumatına görə, prezidentlər ilk olaraq AZAL təyyarəsinin vurulmasından danışıblar.
Putin Əliyevə istintaqın getdiyini, yaxında başa çatacağını və faciə ilə bağlı məmurların hərəkətlərinə hüquqi qiymət veriləcəyini deyib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Rusiya Prezidenti daha əvvəl buna görə üzr istədiyini xatırladıb və bir daha başsağlığı verib.
Məlumata görə, Putin bildirib ki, "razılaşdırıldığı kimi, istintaqa hər cür köməklik göstərirlər".
Onun sözlərinə görə, təyyarə vurulan vaxt Rusiya üç Ukrayna pilotsuz təyyarəsini təqib edirmiş.
İlham Əliyev görüşdə Putinə AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına şəxsən nəzarət etdiyinə görə təşəkkür edib.
Putinlə söhbətində Əliyev onların görüşündən gələn mesajların iki ölkənin cəmiyyətləri tərəfindən müsbət qarşılanacağına əmin olduğunu bildirib.
Əliyev onu da deyib ki, Moskva-Bakı münasibətlərində bütün sahələr üzrə müsbət dinamika olub, heç bir geriləmə olmayıb.
İki ölkə arasında münasibətlər Rusiyada hüquq-mühafizə orqanlarının bu il keçirdiyi əməliyyat zamanı iki azərbaycanlının ölümündən sonra daha da gərginləşib.
Bakı bu azərbaycanlıların işgəncə nəticəsində öldürüldüyü bəyan edib. Rusiya rəsmiləri bunu rədd edir.
İl ərzində həm Rusiyadan, həm də Azərbaycandan bir-birlərinin ünvanına çoxlu ittihamlar, tənqidlər səsləndirilib.
Hər iki ölkə bir-birlərinin vətəndaşların həbs edib, ölkədən çıxarıb, rəsmi şəxslərin səfərlərini təxirə salıb, mədəni tədbirləri dayandırıb.
İlham Əliyev oktyabrın 7-də Putinə zəng edərək onun ad gününü təbrik edib.
Buna kimi onlar yalnız təyyarə qəzası baş verəndən sonra danışıblar, Putin o vaxt təyyarə qəzasına görə üzrxahlıq edib, amma Rusiyanın cavabdeh olduğunu etiraf etməyib.







