Nepalda gənclər baş naziri 48 saat içərisində necə devirdi?

nepal nepal Krallığı Cənub-Şərqi Asiya

Şəklin mənbəyi, EPA/Shutterstock

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Nepalda antikorrupsiya nümayişçiləri parlamentin ərazisinə və digər rəsmi binalara hücum etdikdən sonra parlament binasında yanğınlar baş verib.

Polis izdihamı dəf etməyə çalışarkən nümayişçilərdən ölənlərin olduğu bildirilir.

Etirazlar hakimiyyətin 26 sosial media platformasını bloklamasından sonra başlayıb.

YouTube, İnstagram, Facebook və WhatsApp da bloklanan sosial media platformaları arasında olub.

Hökumət bildirirdi ki, saxta xəbərlər, nifrət nitqi və onlayn fırıldaqçılıqla mübarizə üçün proqramların tənzimlənməsinə ehtiyac olub.

Biz rüşvətxorların qarşısını almağa gəlmişik.

Biz ölkəmizi geri qaytarmaq istəyirik.

Biz korrupsiyanı dayandırmağa gəlmişik.

Korrupsiya mövcuddur.

Səsimizi kəsmək üçün sosial medianı qadağan etdilər.

Biz, bunlara qarşı səsimizi ucaltmaq üçün toplaşmışıq.

Birlikdə nəyisə bacara bilmək ümidi ilə gəlmişik.

Hökumət sosial media qadağasını çərşənbə axşamı qaldırıb və eyni gündə Baş nazir KP Sharma Oli istefa verib.

Onun Katmandudakı iqamətgahı yandırılıb.

Lakin hökumətin bu davranışı nümayişlərin dayanması üçün kifayət etməyib.

Etirazçıların bir çoxu minilliyin əvvəlində doğulanlardır və onlar Gen Z (Z nəsli) kimi tanınırlar.

Onlar Nepal elitasının sərvəti ilə müqayisədə dolanışıqlarının çox çətin olduğunu vurğulayırlar.

Hakimiyyətdə olan liderlər gənclərin istəklərini həll edə bilməyiblər.

Düşünürəm ki, buna görə də Nepal bu cür hərəkata şahid olur.

Ordu "Nepal və Nepallıların təhlükəsizliyini" qorumaq öhdəliyini önə çəkərək, etirazçıları təmkinli olmağa çağırır.

Video açılmasa, Youtube-da baxın.