"Russuz görüş. Möhtəşəmdir!!!" – sosial mediada şərhlər

İlham əliyev Nikol Paşinyan Azərbaycan Ermənistan Rusiya Sülh anlaşma sülh anlaşması

Şəklin mənbəyi, President.az

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İlham Əliyev və Nikol Paşinyanın Əbu-Dabidəki görüşünə azərbaycanlı sosial media istifadəçilərinin yanaşması müxtəlif olub.

Bir sosial media istifadəçisi yazıb ki, "Russuz görüş. Möhtəşəmdir!!!"

Daha bir istifadəçiyə görə isə "bu danışıqlardan sonra Rusiyanı Qafqazdan uzaqlaşdırmaq lazımdır. Qafqaza Azərbaycan Türkiyə nəzarət etməlidir".

Bir sosial media istifadəçisi isə diqqəti Naxçıvanın blokadada olması nəticəsində yarandığını düşündüyü sosial problemlərə yönəldib:

"Naxçıvan əziyyət çəkir blokadadayıq. Dəmir yolu açılsa, bəlkə də Naxçıvanda iş-güc açılar. Naxçıvanda bütun məhsullar əlimizdə qalıb. Tonlarla meyvəni sata bilmirik. Ərik, şaftalı və bütün məhsullar çürüyüb məhv olur. Fabrik- zavod demək olar ki, sıfır vəziyyətdədir".

Bir çox sosial media istifadəçisi əsasən sülhün hər şeydən önəmli olduğunu vurğulayır.

Bir istifadəçi isə liderlərin bu görüşünü tarixi an adlandırarkən "bu, bir tarixdir ki biz buna şahidlik edirik. Tarixdə ilk dəfə qalib olaraq düşmənlə görüş keçirildi".

Başqa bir istifadəçi isə görüşdə bayraqların olmamasını sorğulayıb.

"Məndə sülh olmağını istəyirəm. Maraqlıdır nə üçün dövlət bayraqları yoxdur?"

Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin iyulun 10-da Əbu-Dabidə keçirilmiş görüşü ilk dəfədir ki, 5 saat davam edib. Və bu görüşün bəlkə də sülh müqaviləsindən öncəki tarixi görüşlərdən ola biləcəyi hesab olunur.

Video açılmırsa, Youtube kanalımızda baxın.