Azərbaycanda gəlirlər: ən varlılara nə qədər çatır?

gəlirlər azərbaycan pul varlı

Azərbaycanda bütün gəlirlərin 14 faizi ən varlı insanlara çatır.

Bu, BMT-nin gəlirlərin bərabərsizliyini ölçən indeksində göstərilib.

Bəzi iqtisadçılar bu rəqəmi şübhə altına alır.

BBC-yə danışan təhlilçilərin fikrincə, həqiqətən də gəlirlərin cəmi 14 faizi ən zənginlərə çatsaydı, bu o demək olardı ki, Azərbaycanda sosial bərabərsizliyin səviyyəsi çox aşağıdır.

Onların fikrincə, ölkədə ən varlı ailələr əhalinin ümumi gəlirlərinin daha yüksək faizini əldə edir.

Təhlilçilər bunu ölkədə siyasi və biznes rıçaqlarının getdicə kiçik bir qrupun əlində cəmləşməsi, korrpusiya halları ilə izah edirlər.

Onlara görə, Azərbaycanda 2005-ci ildən başlayaraq böyük neft gəlirləri sayəsində sosial bərabərsizlik getdikcə dərinləşib.

Azərbaycanda hökumət sərvət və gəlirlərin bərabərsizliyi ilə bağlı statistika açıqlamır. Hökumət gəlirlərin ədalətli bölündüyü qənaətindədir, korrupsiya hallarına qarşı mübarizə apardığını deyir.

BMT-nin bərabərsizliyi ölçən indexsdə ən varlılar əhalinin 1 faizini nəzərdə tutur.

Videoya Youtube kanalımızda baxın.