Niyə ruslar bir-birini satır?

casusluq Rusiya

Niyə bu qadından sənət əsərinə görə hakimiyyətə şikayət olunub?

Yadları, iş yoldaşlarını və qonşuları satmaq Sovet dövründə adi hal idi və indi geri qaydıb.

Rusiya hakimiyyəti hələ də müxalif düşüncəyə dözümlü deyil.

Valentin kimi ordu veteranları müharibəni dəstəkləməyən insanlardan şikayət etməyi öz vətənpərvərlik vəzifəsi kimi görürlər.

"Bəli, mən çox sayda məktub yazıram, əksəriyyəti isə ictimailəşmir. Çünki biz indi bəşəri dəyərlər uğrunda mübarizə aparırıq", - o deyir.

Valentin Alisanı 2024-cü ilin mayında ittiham edib.

Alisa bu yaxınlarda Pussy Riot musiqisinin videosu üçün bir əsər hazırlamışdı.

"Video iyrənc idi, ruhani görkəmli insnanlar seksual tərzdə hərəkətlər edirdilər.

Bu, tamamilə qəbuledilməzdir", - Valentin deyir.

Bu cür ittihamlardan sonra minlərlə insan cinayət məsuliyyətinə cəlb edilib. Alisanın əlindən isə gözləməkdən başqa bir şey gəlmir

"Maşınları izləmək və ya dəhlizdə tünd geyimli bir adam görmək çox narahatedici idi.

Təqib olunduğuma görə qorxurdum", - o deyir.

Rusiyada qalmağa qərar verən Alisa hüquqi məsləhət alıb.

"Görüşdüyüm ilk vəkil dərhal burden getməli olduğumu dedi. Hara oldu get", - Alisa deyir.

Təhdidlərə baxmayaraq, Alisa qalmağı seçib.

"Qalmaq çox vacibdir… Bir çox hüquqlarım əlimdən alınıb. Bu da əlimdən alınmamalıdır", - Alisa deyir.

Yeni ittihamlardan sonra, Alisa aprelin sonunda 10 günlük həbs olunub. Azadlığıa çıxarkən yeni Rusiya qanunlarını pozduğuna görə cərimə ödəmək məcburiyyətində qalıb.

Videonu Youtube kanalımızda izləyin.