Prezident Əliyev metro qatarına qraffiti çəkən fransızı əfv edib

İlham Əliyev və Emmanuel Macron

Şəklin mənbəyi, Getty Images

İlham Əliyev əfv sərənacamı ilə Bakı metrosunda qatara qraffiti çəkən fransızı əfv edib.

39 yaşlı Clerc Theo Hugo Fransa vətəndaşıdır onun buraxılması üçün beynəlxalq kampaniya aparılırdı.

O və başqa iki əcnəbi 2024-cü ilədə Bakıda metro deposunda vaqonlara qraffiti çəkib.

Polis onları saxlayıb. Onlardan ikisi 6,800 manat cərimə ilə canlarını qurtarsalar da, fransalı Clerc Theo Hugo 3 il müddətinə həbs edilib.

Neçə ildir Azərbaycan-Fransa münasibətləri soyuqdur.

Fransa vətəndaşının əfv olunması mayın 16-da İlham Əliyevin Fransa Prezidenti Emmanuel Macronla isti görüşməsindən sonraya təsadüf edir.

Prezident İlham Əliyevin imzaladığı əfv siyahsında siyasi məhbus kimi tanınan şəxslərin adı olmadığı deyilir.

Əfv sərəncamı 220 nəfəri əhatə edib.

Videoya Youtube kanalımızda baxın.