Bakıda tıxaclar: "Bakıya Formula yaraşmır"

nəqliyyat, Bakı, Azərbaycan, cəmiyyət, tıxac

Şəklin mənbəyi, NİİM

"Hər gün 4 saatım yollarda itir", "Tədris günləri yox, tıxaclı günlər başladı", "Bakıya Formula yaraşmır" – son bir neçə gündür sosial şəbəkələrdə ən çox rast gəlinən şərhlər təxminən bu cürdür.

Sosial media istifadəçiləri narazılıq edir ki, paytaxt yollarında tıxaclar artıq dözülməz hal alıb.

Sentyabrın 15-dən etibarən Bakıda yeni tədris ili ilə yanaşı, Formula-1 yarışlarına hazırlıq məşqləri də başlayıb.

Bu isə uzun illərdir mövcud olan tıxac problemini daha da ağırlaşdırıb.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube kanalımızda baxın.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin həftəiçi paylaşdığı məlumatlarda da tıxacların 3-4 dəfəyədək artdığını görmək mümkündür.

Məsələn qurumun 9-12 sentyabr tarixlərində Bakının tıxaclı yolları ilə bağlı paylaşdığı məlumatlarda görünür ki, səhər saatlarında cəmi 5 və ya 8 küçə və prospektdə sıxlıq olub.

Lakin sentyabrın 15-dən sonra paylaşılan məlumatlarda isə sıxlıq olan yolların sayı 3-4 dəfə artaraq 20-yə çatıb.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

"Su İdman Sarayından Azneft dairəsinə qədər olan 4 kilometrlik yolu 2 saata gedirəm", - İxtiyar Əsgərov adlı sosial media istifadəçisi yazıb.

Elməddin adlı istifadəçisi isə problemi Formula-1 yarışları ilə əlaqələndirir.

"Formula 1 olmasaydı, ilk dərs günü ciddi tıxac problemi olmazdı. Çünki xəttə azı 200 ədəd yeni avtobus buraxılacağı bildirilmişdi", - Elməddin Muradlı yazıb.

Daxili İşlər Nazirliyi Formula-1 ilə əlaqədar sürücülərə xəbərdarlıq edərək alternativ yollardan istifadə etməyi məsləhət bilib.

Lakin görünür qurumun çağırışı da problemi həll etmir.

Kamil Həmidov adlı istifadəçi isə tıxacların səbəbini tədris ilinin başlamasında görür.

"Hamımız görürük ki, tıxaclar dərslər başlayanda yaranır. Deməli tıxac probleminin həllinə yanaşmada təhsil tərəfə, məktəblərə, universitetlərə baxmaqda fayda var. Ən çox tıxaclar da məktəblərin qarşısından başlayır", Kamil Həmidov yazıb.

Hökumət isə Bakıda tıxac problemini həll etmək üçün 2025-2030-cu illəri əhatə edən dövlət proqramı qəbul edib.

Bura əsasən ölkədə iş rejiminin dəyişkən qrafik əsasında qurulması, şəhərətrafı ərazilərə dəmir yollarının çəkilməsi, yeni metro stansiyaların tikilməsi və alternativ avtomobil yollarının çəkilməsi daxildir.