You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanlı hərbçilər rus dilində təhsildən imtina ediblər
Azərbaycanlı hərbçilər Qazaxıstanda rus dilində təhsil almaqdan imtina ediblər.
Bunun əvəzində isə onlar qazax dilini öyrənməyi üstün tutublar.
Qazaxıstan Milli Müdafiə Universiteti Azərbaycan hərbçilərinin bu istəyinə görə qazax dili kafedrası açmağı planlaşdırır.
Universitetin rektoru Asker Mustabekov deyib ki, universitetdə adətən Çin, Hindistan və Fransadan gələn hərbçilər ilk olaraq rus dili kurslarına cəlb olunurlar və daha sonra təhsilə başlayırlar.
"Azərbaycanlı hərbçilər isə bunun əvəzində qazax dili kurslarına yazılmaq istədiklərini bildirdilər. Ona görə də sentyabr 1-dən universitetimizdə qazax dilinin tədrisinə başlayacağıq", - Asker Mustabekov əlavə edib.
Onun sözlərinə görə azərbaycanlı hərbçilər 9 ay ərazində qazax dilini öyrənəcəklər.
Azərbaycan və Qazaxıstan müdafiə nazirlikləri hərbi təhsil sahəsində bir neçə ildir ki əməkdaşlıq edir.
Bu əməkdaşlıq çərçivəsində azərbaycanlı hərbçilər Qazaxıstanda təhsil alırlar.
Videonu YouTube kanalımızda izləyin.