Gələn il yaşayış minimumu və ehtiyac meyarı 300 AZN ola bilər

Azərbaycan Azerbaycan iqtisadiyyat sosial müdafiə əhali

Şəklin mənbəyi, İTV

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Azərbaycanda gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 300 manat ola bilər.

Bu, Milli Məclisin müzakirə etdiyi Azərbaycanda 2026-cı il üçün yaşayış minimumu haqqında", eləcə də "ehtiyac meyarının həddi haqqında" qanun layihələrində öz əksini tapıb.

Ötən illə müqayisədə bu 15 manat artım deməkdir.

Ötən il Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının ölkə üzrə məbləği 285 manat olub.

Bildirilir ki, bu yeni artımın məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış səviyyəsinin yaxşılaşdırılması və sosial proqramların maliyyə dayanıqlılığının təmin edilməsidir.

Yerli media açıqlayıb ki, gələn il ölkədə minimum əməkhaqqının məbləği dəyişməyəcək.

Azərbaycanda 2025-ci il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği bütün ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün isə 246 manat məbləğində müəyyən edilmişdi.

Hökumət təkcə 2026-cı il üzrə yox, növbəti 4 il üzrə artım rəqəmlərini də açıqlayıb. Belə ki, 2026-2029-cu illər üçün təklif olunan yaşayış minimumunun dəyəri müvafiq olaraq 300, 311, 325 və 338 manatdır.

Video açılmasa, Youtube kanalımızda izləyin.