285 manatla bir ay yaşamaq olarmı? - Bakıda sorğu

Milli Məclisdə təklif olunan gələn ilin yaşayış minimumunun 285 manat olması barədə sorğuya Bakı sakinləri münasibət bildirib

Azərbaycanda Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə olunarkən gələn il üçün yaşayış minimumunun məbləğinin 285 manat olması barədə qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

BBC News Azərbaycanca üçün Bakı sakinləri ilə bu haqda jurnalist Əminə Məmmədova söhbət edib.

Bakı sakinlərinin əksəriyyəti bu məbləğin bir həftəyə və ya bir neçə günə çatacağını, ərzaq qiymətlərində bahalaşma olduğunu bildiriblər.

285 manatın kifayət edəcəyini düşunən də olub.

Videonu YouTube səhifəmizdə izləyin.