Britaniya Bakıdan sonra Yerevana da hərbi attaşe təyin edib

Ermənistan, Britaniya, ordu, hərb

Şəklin mənbəyi, Ermənistan MN

Böyük Britaniya Azərbaycandan sonra Ermənistanda da hərbi attaşe açmaq istəyir.

Britaniya Azərbaycana iki ay əvvəl hərbi attaşe təyin edib.

Bəs hərbi attaşe nədir və bu post niyə önəmlidir?

Hərbi attaşelərin vəzifəsi iki ölkə arasında hərbi və təhlükəsizlik əlaqələrini çevik şəkildə idarə etmək, sürətli kommunikasiya qurmaqdır.

Hərbi attaşe məxsus olduğu ölkənin səfirinin hərbi məsələlər üzrə müşaviri olur.

Bundan başqa, hərbi attaşe ölkədə hərbi məlumatları toplayır və öz ölkəsinə məlumat verir.

İki ölkənin hərbi strukturları arasında əlaqə və kommunikasiyanı asanlaşdırmaq da onun vəzifələrindən biridir.

Eyni zamanda, hərbi nümayəndələrin və rəsmilərin səfərlərini koordinasiya etmək də hərbi attaşenin işinə aiddir.

Azərbaycanda bu vəzifəyə Müdaifə Nazirliyinin tabeliyindəki Milli Müdafiə Universitetində hərbi diplomatiya kursunu bitirənlər təyin edilir.

Videoya YouTube kanalımızda baxın.