Azərbaycan Qarabağda silah-sursat fabriki aşkarladığını deyir

Qarabağdakı erməni sialhlılardan müsadirə edilmiş yüngül sialhlar

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Qarabağda qurulan silah və sursat fabriki aşkarlayıb, Xarici İşlər və Müdafiə nazirliklərinin bazar ertəsi birgə keçirdikləri brifində bildirilib.

Bu fabrikdə müxtəlif təyinatlı hərbi texnika və artileriya sistemləri hazırlanıb, sursatlar yığılıb, rəsmilər deyiblər.

Videonu YouTube kanalımızda izləyin.

Brifinqdə 2020-ci il üçtərəfli razılaşmadan sonra bölgəyə Ermənistanda istehsal olunmuş, o cümlədən xaricdən gətirilmiş raket mərmiləri, minaları göstərən video-çarx nümayiş olunub.

Xarici İşlər Nazirliyinin dəhlizində 19 sentyabr hərbi əməliyyatlardan sonra Qarabağda müsadirə edilən bəzi yüngül sialhlar, dronlar və müxtəlif çaplı sursatlar, minalar da nümayiş etdirilib.

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Anar Eyvazov iddia edib ki, Ermənistan tərəfi hərbidə istifadə etdiyi dronların təliminə yerli mülki əhalini də cəlb edib və sonradan bu texnikalar Azərbaycana qarşı istifadə olunacaqmış.

Rəsmi Yerevan İkinci Qarabağ müharibəsindən sonra Qarabağdakı erməni hərbçilərini silah və hərbi texnika ilə təchiz etməsi ittihamlarını rədd edib.