You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistan Azərbaycanı ''gizli ərazi iddiası''nda ittiham edib
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Ermənistan öz ərazisində Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrini ölkənin ərazi bütövlüyünə "tam hörmət əsasında təmin etməyə hazırdır", - Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan "Armenpress" agentliyinə bildirib.
O bunu həftəsonu Azərbaycan Prezidenti İlham Əliyevin Üçüncü Şuşa Qlobal Media Forumunda "Zəngəzur dəhlizi "mövzusunda dediklərini şərh edərkən deyib.
"Azərbaycan yükləri və Azərbaycan vətəndaşları nə Ermənistan sərhəd xidməti, nə də başqası ilə qarşılaşmamalıdır", - İlham Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bu marşrutu Azərbaycan əraziləri arasında maneəsiz və təhlükəsiz əlaqə hesab edir.
Nazeli Bağdasaryanın sözlərinə görə, Azərbaycan Prezidentinin bəyanatı Yerevan tərəfindən Bakı ilə "baş verən müzakirələrin məntiqindən kənara" çıxmaq kimi anlaşılır.
"Əslində, bu, Ermənistan Respublikasına qarşı gizli ərazi iddiasıdır; məqbul sayıla bilməz və indiyədək aparılan danışıqların və razılaşmaların ruhuna və hərfinə ziddir", - Paşinyanın mətbuat katibi bildirib.
Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan "Azərbaycanda "Zəngəzur dəhlizi" adlandırılan, Ermənistanın Sünik bölgəsindən keçən yola nəzarətin Amerika şirkətinə icarəyə verilə biləcəyini istisna etməmişdi.