Rusiya və Azərbaycan: "Daxili işimə qarışma"

Azərbaycan, Rusiya bayraqları

Şəklin mənbəyi, Getty Images

Bakıda "Sputnik Azərbaycan"ın iki rəhbər şəxsi 4 aylıq həbs edilib.

Onlar qanunsuz sahibklarlıqda, dələduzluqda gübnahlandırılırlar.

Bu, Rusiyada təhlükəsizlik əməkdaşlarının Yekaterunburqda azərbaycanlılara hücumundan sonra baş verir.

Rusiya Sputnik Azərbaycanın əməkdaşlarına verilən ittihamları rədd edir.

Putinin sözçüsü Dmitri Peskov deyib ki, onların tezliklə azad ediləcəyini gözləyirlər.

İyunun 27-də Yekaterunburqdakı hücumda iki azərbaycanlı öldürülüb.

Azərbaycanda ekspertiza dəfn üçün ölkəyə gətirlən meyitlərdə xəsarət izləri aşkar etdiyini açıqlayıb.

Bundan sonra, Azərbaycan Baş Prokurorluğunda işgəncə və digər maddələrlə Rusuya təhlükəsizlik orqanı əməkdaşlarına cinayət işi qaldırılıb.

Bunun ardınca, Azərbaycan mediasında, etnik ruslar olduğu iddia edilən bir neçə şəxsin saxlanması ilə bağlı video görüntülər yayılıb. Bəzi tənqidçilər bildirirlər ki, onların saxlanması üsulu qeyri-humanistdir.

Azərbaycan və Rusiya arasındakı bu siyasi qalmaqal onların bir-birinə nota verməsiylə davam edib. Hər iki tərəf bir-birini daxili işinə qarışmaqda ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyi notasında baş verənləri "Bakının son qeyri-dost hərəkətləri" adlandırıb.

Azərbaycan Xarici işlər Nazirliyi isə notasında bildirilib ki, "Yekaterinburqda qanun ciddi şəkildə pozulub".

Videoya Youtube kanalımızda baxın.