Naxçıvan uyğurların yaşadığı Urumçi şəhəri ilə qardaşlaşır

Şəklin mənbəyi, Getty Images
Belə bir sənəd İlham Əliyev Çində səfərdə olarkən imzalanıb.
Azərbaycan Prezidenti aprelin sonları Çinə səfər edib.
Prezidenti bu səfərdə xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və nəvələri də müşayiət edib.

Şəklin mənbəyi, Naxçıvan TV/Getty Images
İlham Əliyev Çinə bu səfəri zamanı Sincan-Uyğur Muxtar Rayonuna getməyib.
Urumçi bu bölgənin paytaxtıdır.
Bölgə əhalisinin az qala yarısı müsəlman uyğurlardır.
Sincanda 12 milyona yaxın uyğur yaşayır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın keçən il Sincana səfəri zamanı bir yaşlı uyğur qadınla söhbəti maraq doğurmuşdu.
Çinin uyğur türkləri ötən əsrin 40-cı illərində qısa müddət müstəqil dövlət qurublar, sonra da yenidən Pekinin nəzarətinə keçiblər.
Ötən əsrin 90-cı illərində müstəqillik tələbləri yenidən baş qaldırıb. Lakin Çin bu məsələdə çox həssasdır.
Bir çox uyğur Çində təqiblərə və ayrı-seçkiliyə məruz qaldığını bildirir.
Çin isə dini ekstremizmə və separatizmə qarşı mübarizə apardığını deyir.
Videoya Youtube kanalımızda baxın.










