ATƏT-in Minsk qrupu ləğv olunub – O nədir?

Azərbaycan, Ermənistan, ATƏT, Minsk qrupu, siyasət, Qarabağ, Rusiya, Fransa, ABŞ

Şəklin mənbəyi, Getty Images

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı sentyabrın 1-də Minsk qrupunun ləğv olunduğunu açıqlayıb.

Bu barədə təşkilatın Nazirlər Şurasının iclasında qərar qəbul olunub.

Qərara əsasən, Minsk qrupu və onun struktur bölmələri dekabrın 1-dək tam bağlanacaq.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı.

Bu qurumun əsas məqsədi münaqişənin həllində Ermənistan və Azərbaycan arasında diplomatik təmaslar qurmaq, münaqişənin qızışmasına yol verməmək və məsələni sülh yolu ilə həll etmək olub.

Lakin Azərbaycan uzun illərdir ki, ATƏT-in Minsk qrupunu heç bir iş görməməkdə günahlandırırdı.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İkinci Qarabağ müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra, elan etdi ki, daha bu quruma ehtiyac qalmayıb və o ləğv olunmalıdır.

"Mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır", - İlham Əliyev avqustun 21-də Kəlbəcərdə olarkən deyib.

Bu ilin yanvarında Ermənistan Baş naziri Nikol Paşinyan bildirmişdi ki, əgər Qarabağ səhifəsi bağlanarsa, rəsmi Yerevan da qurumun ləğv edilməsinə razılaşacaq.

Tərəflər avqustun 8-də Vaşinqtonda sülh sazişinin bütün müddəaları barədə razılığa gəldiklərini bildiriblər.

Avqustun 11-də isə Minsk qrupu və onun əlaqəli strukturlarının ləğvi ilə bağlı Bakı və Yerevan ATƏT-ə birgə müraciət ünvanlayıb.

Fəaliyyət göstərdiyi 33 il ərzində Minsk qrupu tərəflər arasında sülhə nail olmaq üçün çox sayda yüksək səviyyəli görüşlər təşkil edib və sülh təklifləri ilə çıxış edib.

Məhz 2007-ci ildə münaqişənin həllinə dair Madrid Prinsiplərinin qəbul olunması qurumun səyi nəticəsində mümkün olub.

Bundan əlavə, 2001-ci ildə Key West danışıqları, eləcə də 2011-ci ildə Kazan sammiti Minsk qrupunun uğuru kimi göstərilir.

Bu müddət ərzində Minsk qrupuna Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa həmsədrlik edib.