You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Trump Zelenskini qarşılayıb - bu dəfə mübahisəsiz
Ukrayna Prezidenti Zelenski bu dəfə Ağ evdə əvvəlkindən fərqli qarşılanıb.
Bundan əvvəl, ABŞ Prezidenti Trump-la görüşündə o, kostyum geyinmədiyi üçün tənqidlə üzləşmişdi.
Bu dəfə isə Ukrayna rəhbəri görüşə qara rəngli kostyumda gəlib.
Jurnalistlərdən biri deyib ki, o, kostyumda "əla" görünür və keçən dəfə onu tənqid etdiyi üçün üzr istəyib.
Prezident Trump da jurnalistin Zelenskinin geyimi ilə bağlı dediklərini təsdiqləyib.
Video açılmırsa, Youtube kanalımızda baxın.
Bir neçə ay əvvəl Ukrayna Prezidenti eyni məkanda ittihamlarla üzləşmişdi.
Donald Trump onu milyonlarla insanın həyatını "qumara qoymaqda" günahlandırmışdı. Ona kostyum geyinmədiyi üçün irad da tutmuşdular.
Bu dəfə isə Zelenski Ağ evdə daha səmimi qarşılanıb.
Ukrayna Prezidenti bildirib ki, Trump-la söhbəti "çox yaxşı alınıb".
Zelenski ABŞ-a Putinlə Trump-ın Alyaskada görüşündən sonra gedib.
Rusiya və ABŞ prezidentləri Ukrayna müharibəsinin bitməsi yollarını müzakirə ediblər.
Bundan iki gün sonra Trump Zelenski və Avropa liderlərini Ağ evdə qəbul edib.