Pezeşkian: "Regionda rəhbərlik qafqazlılarda olmalıdır"

Şəklin mənbəyi, Primeminister.am
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Azərbaycanla sülh danışıqlarını dəstəkləyib, amma bildirib ki, Qafqazda sərhədlərin dəyişdirilməsinə qarşıdır.
O bunu Ermənistana iki günlük rəsmi səfərində deyib.
Pezeşkianın sözlərinə görə, belə bir dəyişiklik bölgədə geosiyasi rəqabətə səbəb ola bilər.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube kanalımızda baxın.
"Biz həm də bölgədə gücdən istifadənin əleyhinəyik. İnanırıq ki, regionda rəhbərlik qafqazlılarda olmalıdır. Problemlərin regiondan uzaqda kənar güclərə həvalə edilməsi bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirəcək", - İran Prezidenti bildirib.
Bakı və Yerevan avqustun 8-də Vaşinqtonda Ermənistandan keçməklə Azərbaycanla Naxçıvanı birləşdirəcək "Tramp Yolu" barədə razılığa gəliblər.
İran bu yolun 99 illiyinə Amerika şirkətinə həvalə edilməsindən narahatlığını bildirib.
Bakı və Yerevan isə hesab edir ki, "Tramp Yolu" bütün qonşuların, o cümlədən, Rusiya və İranın da maraqlarına cavab verəcək.







