Paşinyan: ABŞ-dakı razılaşma İran və Rusiyanın xeyrinədir

Ermənistanın Baş naziri Nikol Paşinyan

Şəklin mənbəyi, Fox News

Şəklin alt yazısı, Paşinyan Fox News telekanalına Vaşinqtonda Azərbaycan Prezidenti ilə əldə edilmiş razılaşmalardan danışıb

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Baş nazir Nikol Paşinyan deyib ki, Ermənistan ərazisindən keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək mağistralın açılması Rusiya və İran üçün də əlverişlidir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, Youtube kanalımızdakı linkdə izləyin

"Düşünürəm ki, Amerika Birləşmiş Ştatları ilə imzalanmış razılaşma və bəyannamə İran və Rusiya üçün kifayət qədər nəzərəçarpacaq faydalar ehtiva edir, və bunlar həyata keçirildikdə İran Fars körfəzindən Qara dənizə dəmiryol çıxışı əldə edəcək, Rusiya və İran bir-biri ilə dəmir yolu əlaqəsi yarada biləcəklər", - Ermənistanın Baş naziri Nikol Paşinyan "Fox News" telekanalına deyib.

Onun sözlərinə görə, bu razılaşmanın iqtisadi tərəfinə diqqət yetirilsə, aydın olar ki, Ermənistan, Azərbaycan, Amerika Birləşmiş Ştatlarından başqa Türkiyə, Rusiya və İran da çox mühüm və hiss olunan faydalar əldə edəcəklər.

Iran Prezidenti Məsud Pezeşkian Ermənistanla Azərbaycanın razılaşdırdığı Sünikdən keçən dəhliz layihəsində Tehranın əsas tələblərinin nəzərə aldığını bildirib.

Amma İranın Ali dini Liderinin müşaviri Əli Əkbər Vilayəti bəyan etmişdi ki, İran Amerikanın "Zəngəzur dəhlizi" yaratmasına mane olacaq.

Rusiya XİN bildirib ki, regional kommunikasiyaların açılması ilə bağlı Vaşinqton bəyanatlarını təhlil edəcəklər.