Türk dövlətləri Avropaya yaxınlaşır

Şəklin mənbəyi, Getty Images
Mərkəzi Asiyanın türkdilli dövlətləri Avropa İttifaqı ilə yaxınlaşmağa qərar veriblər.
Bu barədə aprelin əvvəli Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş görüşdə bəyan edilib: tarixdə ilk dəfə keçirilmiş Avropa İttifaqı-Mərkəzi Asiya sammitində.
Bu zirvə toplantısının sonunda birgə bəyannamə qəbul olunub.
Sənəddə ən diqqət çəkən məsələrdən biri isə Mərkəzi Asiya dövlətlərinin Şimali Kipr Türk Respublikasını rədd etməsidir.
Beləliklə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Kiprin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar.
Qazaxıstan isə Kiprdə öz səfirliyini açacağını elan edib.
Bu ölkələr Azərbaycan və Türkiyə ilə birgə Türk Dövlətləri Təşkilatının üzvləridir.
Bu qurumda tanınmamış Şimali Kiprt Türk respublikası da təmsil olunur, müşahidəçi kimi.
Türkiyənin bu məsəlyə münasibəti, hələ ki, məlum deyil
İlham Əliyev isə özünün son çıxışı zamanı Şimali Kiprdəki türk hakimiyyətinə dəstəyini ifadə edib.
"Azərbaycana gəlincə, Şimali Kiprdəki qardaşlarımızda heç bir şübhə yoxdur ki, biz sizinlə olacağıq. Sona qədər. Müstəqil dövlət qurulanadək. Və, əlbəttə ki, beynəlaxalq ictimaiyyət tərəfindən tanınanadək", - İlham Əliyev deyib.
Videoya Youtube kanalımızda baxın.







