İsrail və Həmas arasında müvəqqəti atəşkəs: girovlar və fələstinli məhbusların azad edilməsinə başlanıb

girov İsrail Həmas

İsrail rəsmiləri bildiriblər ki, şənbə günü Həmas 42 fələstinli məhbusun əvəzində daha 14 girovu azad edəcək.

İsrail-Həmas arasında ikinci gündür ki, Qətərin vasitəçiliyi ilə əldə edilən müvəqqəti atəşkəs çərçivəsində girov və məhbus mübadiləsinə başlanıb.

Cümə günü Həmas Qəzzada 24 girovu "Qızıl Xaç"a təhvil verib. Girovlardan 13-ü israilli, 10-u tailandlı və 1-i filippinlidir.

Sazişə əsasən, cümə günü İsrail həbsxanalarında saxlanılan 39 fələstinli Qərb sahilində sərbəst buraxılıb.

Oktyabrın 7-də Həmas İsrailə hücum edərək yüzlərlə adamı öldürüb, 200-dən çox girov götürüb, İsrail rəsmiləri açıqlayıb. Bundan sonra İsrail Qəzzaya hücum edib. Bu hücum nəticəsində minlərlə fələstinli ölüb, Qəzzanın səhiyyə nazirliyi bildirib.

Azad edilən israillilər arasında iki, dörd, altı və doqquz yaşlı dörd uşaq və 85 yaşlı qadın da var.

İsrailin sərbəst buraxdığı fələstinlilərdən 24-ü qadın, 15-i yeniyetmə oğlandır.

İsrail və Həmas 4 günlük müvəqqəti atəşkəsə razılaşıblar. Bu müddət ərzində Həmas 50 girovu, İsrail isə həbsxanada saxladığı 150 fələstinlini azad etməlidir.

Müvəqqəti atəşkəs cümə günündən başlayıb.

Fələstinli məhbus: Azad edilməyim "sürpriz oldu"

İsrail Həmas Qəzza
Şəklin alt yazısı, İsrailin azad etdiyi fələstinli məhbuslardan biri Marah Bakeer adlı qadındır

İsrailin azad etdiyi fələstinli məhbuslardan biri Marah Bakeer adlı qadındır.

2015-ci ildə hələ 16 yaşında ikən həbs olunan Bakeer sərhəd polisinə bıçaqla hücum etdiyi üçün 8,5 il həbs cəzası almışdı.

"Bu razılaşma [Həmas və İsrail arasında müvəqqəti atəşkəs sazişi] bizi də çox bədbəxt və narahat edən çoxlu insan ölümündən sonra bağlandı", - azad edildikdən sonra Qüdsdə yaşayan anasının evinə gələn Bakeer onu gözləyən jurnalistlərə verdiyi açıqlamasında deyib.

O, həbsxanada olduğu üçün "çöldə və Qəzzada baş verənlərlə bağlı heç bir fikri olmadığını" deyərək razılaşma xəbərinin onun üçün "sürpriz" olduğunu əlavə edib.

İsrail Fələstin dörd günlük atəşkəs

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Minlərlə fələstinli 4 günlük atəşkəsdə evlərinə baş çəkməyə gedirlər.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Atəşkəs anlaşmasına görə, tibbi ləvazimat, yanacaq və ərzaq daşıyan yük maşınlarının artıq Misirdən Refah keçidi vasitəsilə Qəzzaya daxil olub.

Bundan başqa, Qahirənin hər gün 130 min litr dizelin çatdırılacağını açıqladığı bildirilir.

"Qətərin vasitəçiliyi ilə baş tutmuş razılaşmaya əsasən, 13 israilli girov bu gün, 50 nəfər isə dörd gün ərzində mərhələli şəkildə azad edilməlidir. Müqavilə çərçivəsində İsrail 150 fələstinli məhbusu azad edəcək".

Eləcə də azad edilmiş hər 10 əlavə girov götürülmüş şəxsin qaytarılmasına görə, atəşkəs bir gün uzadıla bilər.

BBC-nin İsrailin cənubundan xəbər verən jurnalisti Anna Foster cümə günü yazıb ki, İsrail hərbçiləri atəşkəs başlayanadək əməliyyatları davam etdirib.

Böyük Britaniyanın xarici işlər naziri David Cameron cümə günü Fələstin liderləri ilə görüşüb və bildirib ki, Britaniya Qəzzaya dəstək almaq üçün bütün yolları araşdırır.

BBC müxbiri Anna Foster atəşkəsi önəmli addım hesab edir və yazır ki, bu atəşkəsin "ən önəmli tərəfi" girovların azad edilməsidir.

"Gün ərzində, əgər hər şey plana uyğun gedərsə, günortadan sonra girovların ilk - qadınlar və uşaqlardan ibarət olan 13 nəfərlik qrupu azad edilib, Qəzzadan İsrailə gətiriləcək, o, yazmışdı.

Bundan sonra orada iki saat fasilə olacaq, İsrail həmin müddət ərzində həbsxanada saxladığı fələstinliləri azad etməlidir", - Foster prosesin necə aparılacağını izah etmişdi.

Həmasın oktyabrın 7-də başlatdığı hücumlar nəticəsində 1200 nəfər həlak olub, 240-a yaxın şəxs girov götürülüb.

Qəzzada Həmasın idarə etdiyi bölgənin səhiyyə nazirliyi İsrailin cavab atəşləri nəticəsində 14 mindən çox şəxsin öldürüldüyünü açıqlayıb.

İsrasil Fələstin Qəzza

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Evlərinə baş çəkməyə gedən fələstinlilər.

Hər gün “yüzlərlə qız və oğlan uşaqları ya ölür, ya da yaralanır”

İsrail, Fələstin, münaqişə, müharibə, Həmas, insan haqları

Şəklin mənbəyi, Getty Images

Həmasın səhiyyə nazirliyi bildirib ki, müharibənin başladığı 7 oktyabr tarixindən bugünədək Qəzzada öldürülən mülki əhalinin sayı 10 mini ötüb, onlardan 4000-dən çoxu uşaqlardır.

Hər gün “yüzlərlə qız və oğlan uşaqları ya ölür, ya da yaralanırlar” deyən BMT Baş katibi Qəzzada humanitar böhranın yaşandığını diqqətə çatdırıb.

"Böhran bütün dünyanı sarsıdıb və digər bölgələrə də yayılma riski var. Çox sayda məsum uşaqlar həyatını itirirlər”, - Guterres qeyd edib.

BMT rəsmisinin açıqlaması Fələstindəki mülki əhali üçün başladılan 1.2 milyard dollarlıq humanitar yardım kampaniyasının aparıldığı vaxta təsadüf edib.

İsrail, Fələstin, münaqişə, müharibə, Həmas, insan haqları

Şəklin mənbəyi, Getty Images

İsrailin xarici işlər naziri Eli Cohen isə X sosial şəbəkəsində Həmasın Qəzzada əsir saxladığı uşaqları xatırladaraq BMT-nin Baş katibi “Guterres-in utanmalı olduğunu” bildirib.

Bir ay əvvəl Həmas silahlı qruplaşmasının İsrailə endirdiyi raket zərbələri nəticəsində 1400-dən çox insan ölüb və 200 nəfərə yaxın mülki şəxs əsir götürülüb.

İsrail tərəfi Qəzzada mülki əhali arasında ölüm sayının çox olmasını Həmasın raketləri mülki infrastrukturda, o cümlədən xəstəxana binalarında yerləşdirməsi ilə əlaqələndirib.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın ABC News kanalına müsahibəsində bildirib ki, əgər müharibə bitərsə, İsrail Qəzzanın “təhlükəsizliyi ilə bağlı bütün məsuliyyəti” öz üzərinə götürəcək.

İsrail rəsmisi əsirlər azad edilmədən hər hansı atəşkəsin olmayacağını bildirib.

Bununla belə, o, Qəzzaya humanitar yardımın keçməsi, eləcə də israilli əsirlərin xilas edilməsi üçün müvəqqəti atəşkəsin mümkün olduğunu deyib.